CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pul qazanmaq üçün qarın doyuzduranlar həm də canımıza qıyırlar

© Photo : REPORT / Elçin MuradBakıda şadlıq sarayının ventilyasiya borularından çıxan tüstü, arxiv şəkli
Bakıda şadlıq sarayının ventilyasiya borularından çıxan tüstü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Atmosferə atılan tullantılar icazə verilən normal qatılıq həddini keçdiyi zaman insan orqanizminə zərər verməyə başlayır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır. Bu da ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurur, diskomfort yaradır, havanın lokal xarakterli çirklənməsinə, əhalinin haqlı narazılığına səbəb olur.

Сотрудники противопожарной службы МЧС Азербайджана, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakının məşhur hotel, restoran və ticarət mərkəzində yanğın - VİDEO

Bəs görəsən aidiyyəti qurumlar tərəfindən bu problemlə bağlı nə kimi addımlar atılır, hansı tədbirlər görülür? Sputnik Azərbaycan bu sualın cavabına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən cavab almağa çalışıb.

Departamentin direktoru Ramal Bağırov bildirib ki, Bakı və Abşeron yarımadasında 500-ə yaxın ictimai-iaşə obyektində monitorinqlər aparılır: "7 aya yaxındır monitorinqlər davam etdirilir. Bu obyektlərin standartlara cavab verib-vermədiyini müəyyənləşdirmək üçün yoxlama aparılıb. Onlardan 210-u norma daxilində olub. İkisi isə - Sabunçu rayonundakı "Luvr Palace" və "Təbrik" restoranları standartlara cavab verməyib. Səbəb isə istismar qaydalarına düzgün riayət edilməməsidir".

Qurum rəsmisi qeyd edib ki, bu günə olan nəticəyə görə, 250-ə yaxın ictimai-iaşə obyektində standartlara uyğun modul tipli qurğu quraşdırılıb: "50-yə yaxın ictimai-iaşə obyektlərində faktiki quraşdırma işləri aparılır. İkisinin - Yasamal rayonu ərazisindəki "Qızıl Balıq", Binəqədi rayonu ərazisindəki "Özkardeşler" restoranlarının fəaliyyəti dayandırılıb. 17 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb. Yəqin ki, yaxın zamanlarda 17-sinin də fəaliyyətinin dayandırılması təmin ediləcək".

O, həmçinin bildirib ki, Sumqayıt, Gəncə, Şəki, Goranboyda da reydlər və monitorinqlər aparılır: "Bu işə may ayından başlanıb. Bakının 12 icra hakimiyyətində sahibkarlarla görüş keçirilib. Onlara problemlər izah edilib və bu problemlərin aradan qaldırılması üçün sentyabr ayının 1-nə qədər zaman verilib. Bununla yanaşı, obyektlərə modul tipli qurğuların quraşdırılması ilə bağlı bildirişlər göndərilib".

"Məhərrəm ayından sonra monitorinqlərə başladıq. Biz monitorinqə başlayanda cəmi 1 obyektdə modul tipli qurğu vardı. Sonra nazirlik tərəfindən "məcburi göstəriş"lər verilməyə başlandı, daha sonra isə cərimələmə proseslərinə start verildi. Ən sonda isə çağırışlara cavab vermək istəməyən iaşə-obyektlərinin fəaliyyətinin dayandırılması üçün məhkəmələr qarşısında vəsatət qaldırdıq" – deyə müsahibimiz əlavə edib.

Menyu oxuyan kişi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Restoran və kafelərdə müştərilər yedikləri qidanın tərkibini biləcəklər

Bağırovun sözlərinə görə, atmosferə atılan tullantılarla bağlı yol verilən qatılıq həddi var. İcazə verilən normal qatılıq keçildiyi zaman insan orqanizminə zərər verməyə başlayır: "Digər tərəfdən bu, ətraf mühitə də öz mənfi təsirini göstərir. Atmosferə ciddi fəsadlar verir. bu qazlar bir çox xəstəliklərin yaranmasına səbəb olur. Hazırda ictimai-iaşə obyektlərində modul tipli qurğuların quraşdırılması prosesi davam edir. Monitorinqlər keçirilir və müxtəlif ərazilərdən analizlər götürülür".

"Ən çox şadlıq sarayları Nizami rayonunun Çobanzadə küçəsindədir. Ancaq oradakı şadlıq sarayları iki saat 19.00-21.00-a qədər çalışır və atmosferə iki saat qaz qarışığı atılır. Bəzi restoranlar isə səhərdən axşama qədər fəaliyyət göstərir və atmosferə bütün gün qaz qarışığı atılır. Həcminin kiçik olmasına baxmayaraq, atmosferə daha çox zərər verən restoranlar da çoxdur" – qurum rəsmisi vurğulayıb.

Departament direktoru onu da bildirdi ki, xəbərdarlığa əhəmiyyət verməyən ictimai-iaşə obyektləri İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsinə əsasən cərimə edilirlər. Belə ki, vəzifəli şəxslər 2500-4000, hüquqi şəxslər 8500-12500 manat məbləğində cərimə olunurlar. Sonrakı proseslərdə isə məhkəmə orqanları qarşısında vəsatət qaldırılır.

Xəbər lenti
0