Nazirlər Kabineti

İki nazirliyin tabeliyindəki qurumlarla bağlı qərar verildi

117
(Yenilənib 11:56 22.12.2018)
Nazirlər Kabineti Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə bağlı qərar qəbul etdi

BAKI, 22 dekabr — Sputnik. Nazirlər Kabineti Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahılarını təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiqləyib.

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na büdcədən maliyyələşdirilən 100 qurum, təsərrüfat hesablı 11 təşkilat və bir publik hüquqi şəxs daxil edilib.

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilib. Bu siyahıya büdcədən maliyyələşdirilən 86 qurum, təsərrüfat hesablı 3 təşkilat və bir publik hüquqi şəxs daxil edilib.

117