CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Üç gündə Azərbaycanda yol qəzalarında ölənlərin sayı 8 nəfər olub"

Abunə olmaq
"Ölümlərin əsas səbəbi isə insanların qeyri-sağlam pəhriz saxlaması, siqaret və alkoqollu içkilərə aludə olması, çirkli hava şəraiti, və oturaq həyat tərzidir" – Hande Harmançı

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 22 dekabr — Sputnik. "Son 3 gün ərzində Azərbaycanda yol qəzalarında ölənlərin sayı 8 olub. Baş verən qəzalarda gənclər dünyalarını dəyişib. Bu bir xəstəlik deyil, hadisədir. Yol qəzaları önlənə biləcək bir məsələ olduğundan deyə bilərəm ki, belə hadisələrin, həmçinin bu ölüm hallarının qarşısını almaq mümkündür". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib.

H.Harmançı 30 və daha yuxarı yaşlarda öülmə səbəb olan xəstəliklərdən də söz açıb: "Yaş irəlilədikcə Azərbaycanda ürəyin işemik xəstəliyi, ürək, qan-damar xəstəlikləri, həmçinin beyinə qansızma kimi bir sıra problemlərdən şikayət edilir. 30 yaşdan yuxarı olan şəxslərdə qaraciyər xəstəliyi, xüsusilə də hepatit B xəstəliyinin yayıldığını deyə bilərik".

"Ölümlərin əsas səbəbi isə insanların qeyri-sağlam pəhriz saxlaması, siqaret və alkoqollu içkilərə aludə olması, çirkli hava şəraiti, və oturaq həyat tərzidir" – deyə H.Harmançı bildirib.

ÜST-ün Azərbaycan üzrə nümayəndəsi siqaretə aludəçiliyə son qoymaq üçün ÜST tərəfindən telefonlar üçün "Tütünə son" adlanan xüsusi applikasiyanın hazırlandığını da vurğulayıb.

Xəbər lenti
0