CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaqların sayı bağçaların sayına adekvat deyil

Abunə olmaq
"Bəzi hallarda valideyn məsuliyyətsizliyinin də şahidi oluruq"

BAKI, 21 dekabr — Sputnik. "Bu gün Azərbaycanda uşaqların sayı 2 milyon 600 mindir. Uşaqların sayı isə bağçaların sayına adekvat deyil". Bu barədə Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə İş Şöbəsinin müdiri Ceyran Rəhmətullayeva məlumat verib.

O bildirib ki, hazırda ölkə prezidentinin müvafiq əmri ilə bağçaların sayının artırılması isitqamətində işlər davam etdirilir: “İş yerlərində, onların yaxınlığında işləyən anaların övladları üçün xüsusi müəssisələrin yaradılmasının tərəfdarıyıq. Bu, çox gözəl təşəbbüsdür. Artıq yeni binalarda uşaq bağçaları və meydanların yaradılması üçün yerlər ayrılması mütləq şərtdir".

C.Rəhmətullayeva, həmçinin övladının səhhətinə laqeyd yanaşan valideynləri qınayıb: "Valideynlər arasında sorğu keçirdikdə, onların sonuncu dəfə nə zaman övladlarını tibbi müayinədən keçirdiyi soruşduqda bəzi hallarda valideyn məsuliyyətsizliyinin də şahidi oluruq. Valideyn deyir ki, sonuncu dəfə övladı xəstələnəndə onu tibbi müayinədən keçirib".

Xəbər lenti
0