Müqavilə imzalayan adam, arxiv şəkli

Azərbaycanda nazir işdən çıxarıldı

502
Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib

BAKI, 20 dekabr - Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 20-də Cavid Səfərovun Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.

Sputnik Azərbaycan-ın NUHÇIXAN-a istinadən verdiyi məlumata görə, Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Cavid Fəxrəddin oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilsin”.

502
Əlaqədar
Nazir: “Yüz minlərlə insanın pensiya və sosial müdafiə hüquqları bərpa ediləcək"
Keçmiş nazir vəzifədən getmə səbəbini açıqladı
Nazir: "Əlimizdə olan resurslar bizi də qane etmir"