CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sakinləri yeni cərimələrin qüvvəyə minməsini alqışlayırlar - Bir "əmma" şərti ilə

© Sputnik / Murad OrujovПрохожие на улице Низами в Баку
Прохожие на улице Низами в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Niyə mən əlimdəki siqareti tullamaq üçün küçənin o başınadək 200 metr addımlamalıyam?"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Ötən həftədən başlayaraq siqaretdən istifadəyə görə cərimələr qüvvəyə minib. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə edilən dəyişikliklərə görə, siqaretin kötüyünü yerə atan, həmçinin taksi və avtobusda siqaret çəkən şəxslər cərimələnəcək. Cərimələr məbləği 40-50 manat civarındadır.

Люди - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ar olsun küçədə siqaret çəkənlərə: Getdilərsə, birini yandır

Sputnik Azərbaycan yeni dəyişikliklərə şəhər sakinlərinin münasibətini öyrənmək üçün "28 May" metrostansiyasının qarşısında kiçik sorğu keçirib.

Taksi sürücüsü İlqar Baxşıyev yeni dəyişiklikləri təqdirəlayiq hesab edib: "Siqaretin ictimai yerlərdə çəkilməsinə pis baxıram. Bu səbəbdən də yeni dəyişiklikləri və cərimələrin tətbiq olunmasını dəstəkləyirəm. Siqaret çəkən sərnişinlərə də etirazımı bildirmişəm. Demişəm ki, düşün yerdə çəkin, sonra maşına minin. Axı siqaretin tüstüsünün ətrafa yayılması natəmizlikdir".

Xəyyam Quluzadə isə, ümumiyyətlə, siqaret satışının qadağan olunmasının məqsədəuyğun olduğunu bildirib: "Siqaret çəksəm də, belə qadağaların qüvvəyə minməsinə pis baxmıram. Çünki yalnız bu yolla ekologiyanın çirklənməsinin qarşısını almaq mümkün olar. Cərimələri tətbiq edirlər, çox gözəl. Amma yaxşı olar ki, siqaretin satışını, tamamilə, dayandırsınlar. O zaman biz də bu bəladan xilas olmuş olarıq. Əvvəldən belə beynimizə yeridiblər ki, guya siqaret əsəbləri sakitləşdirir. Əslində siqaret heç də əsəbləri sakitləşdirmir. Sadəcə əvvəldən vərdiş etmişik. Siqaretin satışı qadağan olunsa, bir yolla biz də bu vərdişdən xilas olarıq".

© Sputnik / Gulnar Ibrahimova / Taleh MahmudovBakı sakinləri ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı qəbul edilən qanun haqqında nə düşünür?
Paytaxt sakinləri yeni cərimələrin qüvvəyə minməsini alqışlayırlar - Bir əmma şərti ilə - Sputnik Azərbaycan
Bakı sakinləri ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı qəbul edilən qanun haqqında nə düşünür?

Digər şəhər sakini Ülvi Hacıyev isə cərimələrin kifayət qədər yüksək olduğunu deyib: "Məncə, cərimə üçün 40-50 manat yüksək məbləğdir. Heç olmasa, cərimələri 10-20 manat civarında edərdilər. Çünki 60 qəpiklik siqaret çəkən birisi qaydanı pozduğu üçün məhsulun satış qiymətindən qat-qat artıq cərimə ödəməli olur. Gündə 60 qəpiklik siqaret alan birinin aylıq siqaret xərci 40-50 manatdır. Yəqin ki, camaatın siqaretdən imtina etməsi üçün cərimələri bu qədər yüksək təyin ediblər".

Növbəti həmsöhbətimiz Ceyhun Minnətov əsas problemlərdən birinə toxunub: "Siqaret kötüklərinin yerə atılmasına görə, cərimələr yazılacaqsa, çox gözəl. Amma tək cərimə yazmaqla problemi həll etmək olmaz. Qadağa varsa, siqareti atmaq üçün ayrıca yerlər də olmalıdır. Niyə mən əlimdəki siqareti tullamaq üçün küçənin o başınadək 200 metr addımlamalıyam? Əlimdəki bu zibili hara atım? Ətrafda bir zibil qabı görürsünüzmü?"

Sorğuda iştirak edənlərin ümumi fikrindən belə qənaətə gəlmək olar ki, insanlar ətraf mühitin qorunması, insanların sağlamlığı üçün belə cərimələrin qüvvəyə minməsindən razıdırlar. Bir çoxları düşünür ki, yalnız belə cərimələr vasitəsilə siqaret çəkənləri bu zərərli vərdişdən xilas etmək mümkün olacaq.

Lakin, cərimələr qüvvəyə minibsə, küçələrdəki zibil qablarının da sayı artırılmalıdır. Və həmin zibil qabları yalnız siqaretin tullanması üçün nəzərdə tutulmalıdır. Əks halda, bir qığılcımdan yaranan yanğınların sayı arta bilər. Nəticədə cərimələr ancaq arzuolunmaz mənzərənin ortaya çıxmasıyla nəticələnər.

Xəbər lenti
0