Bakıda məhəllə

Bakının "arka sokakları": nişan, radar, kamera, polis var

10804
(Yenilənib 17:02 19.12.2018)
BNA: Problemdən xəbərdarıq, müvafiq tədbirlər görüləcək

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Bakının yollarının günü-gündən yaxşılaşdırılması üçün mütəmadi işlər aparılır. Paytaxtın prospektləri və mərkəzi yollar təmir edilir, yol-hərəkət qaydalarını nizamlamaq üçün xüsusi yol nişanları çəkilir. Təbii ki, bütün bunlar sürücülərin və piyadaların rahatlığı və təhlükəsizliyi üçün həyata keçirilir.

Koroğlu metrosundan Bakıxanov qəsəbəsinə gedən yollarda nişanlama xətləri yoxdur
© Sputnik / Terane Khudabakhshiyeva
Koroğlu metrosundan Bakıxanov qəsəbəsinə gedən yollarda nişanlama xətləri yoxdur

Təəssüflər olsun ki, gözəçarpan təmir-bərpa, nişanlama işləri ancaq mərkəzi yollarda reallaşdırılır. Digər yollarda isə vəziyyət acınacaqlı vəziyyətdədir. Belə ki, "Koroğlu" metrosundan Bakıxanov qəsəbəsinə gedən Bəşir Bünyadov, Elşən Mehdiyev küçələrində, həmçinin Bakıxanov qəsəbəsinin bir çox küçələrində yollarda nişanlama xətləri yoxdur. Bəzi yerlərdə isə bu xətlər o qədər itib ki, gündüz vaxtı belə, seçmək mümkün olmur.

Koroğlu metrosundan Bakıxanov qəsəbəsinə gedən yollarda nişanlama xətləri yoxdur
© Sputnik / Terane Khudabakhshiyeva
Koroğlu metrosundan Bakıxanov qəsəbəsinə gedən yollarda nişanlama xətləri yoxdur

Gecə saatlarında vəziyyət daha acınacaqlı olur. Yollarda ayırma xətləri görünmədiyindən avtomobil istənilən an qarşıdan gələn avtomobilin yoluna keçə bilir. Bu da, təbii ki, qəza şəraiti yaradır.

Nəzərə alaq ki, həmin ərazidə radar yoxdur, üstəlik təhlükəsizlik kameraları çox azdır. Sürücülər də bundan istifadə edib sürət həddini aşırlar. Sürət həddini keçən sürücülər isə vəziyyəti daha da təhlükəli hala gətirirlər. Hətta körpüdə qarşı yola çıxıb, yol istəyən sürücüləri də tez-tez görmək olar.

Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən ərazilərdəki təhlükəli vəziyyətlə bağlı aidiyyəti qurumların mövqeyini, ümumiyyətlə, vəziyyətdən agah olub-olmadıqlarını, əgər xəbərdardırlarsa, nə zaman tədbir görüləcəyini öyrənməyə çalışıb.

Koroğlu metrosundan Bakıxanov qəsəbəsinə gedən yollarda nişanlama xətləri yoxdur
© Sputnik / Terane Khudabakhshiyeva
Koroğlu metrosundan Bakıxanov qəsəbəsinə gedən yollarda nişanlama xətləri yoxdur

Dəfələrlə Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlamağa cəhd etsək də, o, zənglərimizə cavab vermədi.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə, məsələdən xəbərdar olduqlarını bildirdi. Qeyd etdi ki, Bakıxanov qəsəbəsi ərazisində yol xətləri, nişanları olmayan və ya düzəlişlər edilməli olan küçələr çoxluq təşkil edir.

"Həmin ərazidə yerləşən yollarda nəqliyyatın hərəkətini yaxşılaşdırmaq üçün bir neçə layihəmiz var. Tezliklə həmin işlərə start verəcəyik. Hətta bəzi küçələrdə işlərə başlamışıq. Müvafiq nişanlamada da işlər görəcəyik" - M.Ağayev vurğuladı.

"Bəzi küçələrdə asfalt örtüyü dəyişməlidir. Ona görə bir neçə ərazidə işlər dayandırılıb. Biz Bəşir Bünyadov küçəsini nəzarətə götürəcəyik və tez bir zamanda orada lazımı işlər aparacağıq" – deyə BNA sözçüsü əlavə etdi.

10804
Teqlər:
avtomobil, sürücü, radar, nişan, küçə, Bakı
Əlaqədar
Yağış Bakının mərkəzi küçələrində hərəkəti "iflic etdi"
Bakının əsas küçələrindən biri tam olaraq sürücülərin üzünə bağlanacaq
Ar olsun küçədə siqaret çəkənlərə: Getdilərsə, birini yandır