Alkoqollu içki, arxiv şəkli

Alkoqoliklərin uşaqları alkoqoliklə ailə qurur - ARAŞDIRMA

147
(Yenilənib 20:04 18.12.2018)
Qadınlar isə çox vaxt anaları alkoqolik olduğu zaman alkoqoliklə ailə qururlar.

BAKI, 19 dekabr — Sputnik. Alkoqoliklərin uşaqları çox zaman 25 yaşına qədər ailə qurur. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu yaşdan sonra isə onlar nadir halda və əsasən alkoqol problemi olan insanlarla evlənir.

Məlumata görə, bu nəticəyə Virciniyanın Birlik və İsveçin Lunds universitetinin alimləri apardıqları araşdırma nəticəsində gəlib.

Alimlər 1965-1975–ci illər təvəllüdlü 1,17 milyon isveçlinin məlumatlarını toplayıb. Müəyyən olub ki, valideynlərin alkoqolizm asılılığı uşaqlarının həyatına birbaşa təsir edir. Alkoqoliklərin uşaqları çox zaman daha erkən yaşda ailə qurur, bu yaşı keçdikdən sonra ailə qurmaqdan imtina edir və əksər hallarda isə alkoqol asılılığından əziyyət çəkən insanlarla ailə qurur.

Hər iki valideyn alkoqolizmdən əziyyət çəkdiyi zaman 3-cü hal baş verir. Qadınlar isə çox vaxt anaları alkoqolik olduğu zaman alkoqoliklə ailə qururlar.

Araşdırma müəllifləri hesab edir ki, bu məlumatlar alkoqoliklərin uşaqları ilə çalışan mütəxəssislər üçün çox önəmlidir. Və bu araşdırma uşaqları gələcəkdə uğursuz ailənin qurulmasından qurtaracaq.

147