Milli Məclis

Milli Məclisin plenar iclası keçirilir

11
(Yenilənib 12:40 18.12.2018)
İclasın gündəliyinə 15 məsələ daxil edilib

BAKI, 18 dekabr — Sputnik. Milli Məclisin növbəti plenar iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

İlk olaraq "Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə" qanun layihəsinə baxılacaq.

"Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında" Sazişin təsdiq edilməsi məsələsinə baxılacaq.

"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik üçüncü oxunuşda müzakirə ediləcək.

"Avtomobil nəqliyyatı haqqında", "Sığorta fəaliyyəti haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" qanunlarda, Mənzil, İnzibati Xətalar, Seçki məcəllələrində dəyişikliklər müzakirəyə çıxarılacaq.

İclasda "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında", "Azərbaycan Respublikasının Dövlət Himni haqqında", "Ümumi təhsil haqqında" yeni qanun layihələrinə birinci oxunuşda baxılacaq.

11
Teqlər:
layihə, qanun, plenar iclas, Milli Məclis
Əlaqədar
Milli Məclis gözlənilən ciddi dəyişikliklərin müzakirəsinə başladı
Milli Məclis 21 məsələnin müzakirəsinə yığışıb