CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident elektrik enerjisi istehsalının artırılmasına pul ayırdı

Abunə olmaq
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 30 milyon manat ayrılıb

BAKI, 17 dekabr — Sputnik. Prezident İlham Əliyev elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncam ölkənin elektrik enerjisi sisteminin əsas generasiya mərkəzləri olan “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarının real generasiya güclərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır.

Sərəncamla “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30 milyon manat ayrılıb.

Xəbər lenti
0