Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива

Bakıda qaydanı pozan sürücü özünə polis əməkdaşına xəsarət yetirib

113
(Yenilənib 21:44 16.12.2018)
"Sürücü saxlanılarkən yol polisləri tərəfindən ona müvafiq sənədin təqdim edilməsi, eyni zamanda spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsi təklif edilib"

BAKI, 16 dekabr - Sputnik. Bu gün saat 16:40 radələrində paytaxtın Nəsimi rayonunun Azadlıqprospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan "QAZ-31" markalı, "10-NR-899" dövlət nömrə nişanlı avtomobil yük daşıma qaydasını pozduğu üçün, üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov"Report"a açıqlamasında məlumatı təsdiqləyib.

O, bildirib ki, avtomobil daşıdığı yüklə yol boyu digər hərəkət iştirakçılarına maneə yaradıb: "Sürücü saxlanılarkən yol polisləri tərəfindən ona müvafiq sənədin təqdim edilməsi, eyni zamanda spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsi təklif edilib. Lakin sürücü sənəd təqdim etməyib və spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsindən imtina etməklə, avtomobilin baqajında plastmas qabdakı yanacağın benzin olduğunu bildirərək, kirbit çıxarmaqla özünü yandıracağını deyib. O, özünü yandıranda polis əməkdaşları bunun qarşısını alıblar. Sürücünün əynində yanan paltarlar çıxarılıb və Respublika Yanıq Mərkəzinə çatdırılıb. Mərkəzdən bildirilib ki, onun boynunda və sağ əlinin dərisinin yanığı qeydə alınıb. Hadisə zamanı yol polisi əməkdaşı da yanıq xəsarəti alıb".

113
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Belə insanlar koronavirusa az yoluxurlar

5
(Yenilənib 14:44 26.09.2020)
Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a oluxma riskini 54 faiz azaldır.

BAKI, 26 sentyabr — Sputnik. Boston Universitetinin Tibb məktəbinin alimləri müəyyən edib ki, koronavirusa yoluxan xəstələrin qanındakı normal vitamin D səviyyəsi, az olanlarla müqayisədə xəstəlik ağırlaşan zaman daha az ölümlə nəticələnir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yetərli D vitamini səviyyəsi çox olan 40 yaşından böyük xəstələrdə virusdan ölüm halı 51,5 daha az olur.

"Bu araşdırma D vitamininin yetərli olmasının sitokin fırtınası və COVID-19-dan ölüm halının qarşısını aldığını sübut edir" - deyə araşdırma rəhbəri Maykl Holk bildirib.

Daha əvvəl Holk qeyd etmişdi ki, qanda vitamin D səviyyəsinin yetərli olması COVID-19-a yoluxma riskini 54 faiz azaldır.

Eyni zamanda vitamin D təkcə koronavirusla deyil, digər digər nəfəs yolu xəstəliklərinə yoluxmanın qarşısını alır.

5
 Mario Balotelli, arxiv şəkli

Məşhur futbolçu evlənməyə hazırlaşır

2
(Yenilənib 14:43 26.09.2020)
Məşhur futbolçu 1 aydır ki, münasibətdə olduğu model və "Instagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

BAKI, 26 sentyabr — Sputnik. İtaliyalı tanınmış qaradərili futbolçu ailə qurmağa hazırlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İtaliyanın ən çox gündəmdə olan futbolçusu Mario Balotelli evlilik hazırlıqlarına başlayıb. Məşhur hücumçu 1 aydır ki, münasibətdə olduğu model və "İnstagram" fenomeni Alessia Messina ilə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, məşhur cütlük artıq nişanlanıb.

 

2
Şərab çəlləkləri, arxiv şəkli

Şərab sisterni partladı, hər yan al rəngə boyandı

0
(Yenilənib 14:46 26.09.2020)
Bununla şirkətə böyük maddi ziyan dəyib. Lakin qəzanın hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilməyib.

BAKI, 26 sentyabr — Sputnik. İspaniyada şərab sisterninin partlaması hər tərəfi qırmızı rəngə boyayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə Villamalea vilayətində baş verib. Belə ki, şərab istehsalı zavodunda çaxırla dolu sisternin partlaması ilə 50 min litr qırmızı şərab ətarfa yayılıb.

Qeyd edək ki, hadisə İspaniyanın"Bodegas Vitivinos" adlı şərab evində baş verib. Bildirilib ki, ətrafa yayılan şərab bu il ərzində toplanan məhsul olub. Bununla şirkətə böyük maddi ziyan dəyib. Lakin qəzanın hansı səbəbdən baş verməsi haqda heç bir məlumat verilməyib.

0