Bağlanmış yol, arxiv şəkli

Agentlik sürücülərə xəbərdarlıq etdi

67
(Yenilənib 12:40 15.12.2018)
Sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

BAKI, 15 dekabr — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna çıxan istiqamətdə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

67