BTQ sərnişin qatarlarının testi

BTQ-nin vaqonlarının sürəti 177 kilometrə çatdırılıb

24
(Yenilənib 22:33 14.12.2018)
Testlər Almaniyanın dəmir yolları tərəfindən 35 km məsafədə aparılır

BAKI, 15 dekabr — Sputnik. Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır. Bu məqsədlə gələn ilin birinci rübündə İsveçrənin "STADLER Rail Group" şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir.

Hazırda Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu stansiyaları arasında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının bütün parametrlər üzrə testləri keçirilir.

  • BTQ sərnişin qatarlarının testi
    BTQ sərnişin qatarlarının testi
    © ADY mətbuat xidməti
  • BTQ sərnişin qatarlarının testi
    BTQ sərnişin qatarlarının testi
    © ADY mətbuat xidməti
  • BTQ sərnişin qatarlarının testi
    BTQ sərnişin qatarlarının testi
    © ADY mətbuat xidməti
  • BTQ sərnişin qatarlarının testi
    BTQ sərnişin qatarlarının testi
    © ADY mətbuat xidməti
1 / 4
© ADY mətbuat xidməti
BTQ sərnişin qatarlarının testi

Testlər Almaniyanın dəmir yolları tərəfindən 35 km məsafədə aparılır.

Yoxlanış zamanı vaqonların sürət həddi 177 km/saatadək çatdırılıb. Hal-hazırda testlər uğurla davam etdirilir.

Qeyd edək ki, test yürüşləri "Azərbaycan Dəmir Yolları" QSC-nin və "STADLER Rail Group" şirkətinin nümayəndə heyətlərinin birgə iştirakı ilə həyata keçirilir.

24
Teqlər:
Bakı-Tbilsi-Qars, sürət, vaqon, qatar
Əlaqədar
BTQ Azərbaycan və onun qonşularına nə verəcək?
Şahinoğlu: “BTQ siyasi zəmində bir çox dövlətləri bir-birinə bağlayacaq”
Cəfərli: “İranın BTQ-yə qoşulması yük dövriyyəsinin artmasına müsbət təsir edəcək”
Cavid Qurbanov: “Rusiya və Qazaxıstan şirkətləri BTQ ilə maraqlanır”