Azərbaycan Dövlət İqtisad Universitetinin binası, arxiv şəkli

UNEC Bakı Fond Birjası əməkdaşlığa başlayır

18
(Yenilənib 19:03 14.12.2018)
UNEC-in professor-müəllim heyəti və magistrlərinə BFB tərəfindən müvafiq dəstək göstəriləcək

BAKI, 15 dekabr — Sputnik. UNEC və Bakı Fond Birjası (BFB) arasında təhsil, elm və təlim-tədris sahəsində birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, BFB-nın İdarə heyətinin sədri Vüqar Namazov, universitetin professor-müəllim və tələbə heyəti, eləcə də fondun nümayəndələri iştirak edib.

Memorandumun məqsədi tələbələrin kapital bazarları barədə biliklərinin artırılması və maarifləndirilməsi, sahiblik düşüncə tərzinin formalaşdırılması, qiymətli kağızlar bazarının inkişafına dair birgə elmi tədqiqatların aparılması, BFB-nin "Listinq Məsləhət Proqramı" çərçivəsində investisiya vasitələrinin idarə olunması prinsiplərinin aşılanması imkanlarının dəyərləndirilməsi, şirkətlərin qiymətli kağızlar bazarına çıxış üçün hazırlanması, onlara təlim və məsləhət xidmətləri göstərilməsi, qiymətli kağızlar bazarına dair biliklərin tədrisinə dəstək verilməsi və yüksək ixtisaslı kadrların hazırlanmasında birgə əməkdaşlıq etməkdir.

UNEC-in rektoru, professor Ədalət Muradov tədbirdə tələbələrin praktiki vərdiş və biliklərə sahib olmasında real sektorla əməkdaşlıqların əhəmiyyətli rolu olduğunu bildirib. Bakı Fond Birjası ilə təcrübə və informasiya mübadiləsi, faydalı tədqiqatların həyata keçirilməsi peşəkar mütəxəssislərin yetişdirilməsinə zəmin yaradacağını diqqətə çatdırıb.

Bakı Fond Birjasının İdarə heyətinin sədri Vüqar Namazov UNEC ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. V.Namazov elmi və praktiki institutların sinerjisinin Azərbaycanda sahiblik düşüncə tərzinin formalaşdırılması, yüksək ixtisaslı kadrların yetişdirilməsində xüsusi əhəmiyyətini vurğulayıb. Həmçinin bildirilib ki, Listinq Proqramına cəlb edilmiş şirkətlərə fundamental biliklərin çatdırılmasında UNEC-in mühüm rol alacağı qeyd edilib.

Görüşdə bildirilib ki, memorandum çərçivəsində tərəflərin təhsil, elm, təlim-tədris və bu istiqamətdə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə müxtəlif sahələrdə müştərək proqramların hazırlanması, informasiya mübadiləsi və müvafiq layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Əməkdaşlıq çərçivəsində professor-müəllim heyətinin və tələbələrin kapital bazarları sahəsində təcrübə mübadiləsi, tələbələrarası simulasiya yarışların təşkili, kapital bazarlarında mövcud problemlərin həll edilməsi məqsədilə birgə akademik müzakirələrin keçirilməsi, şirkətlərə birja fəaliyyəti və qiymətli kağızlarla bağlı mövzular üzrə tövsiyələrin verilməsi həyata keçiriləcək. Bundan əlavə, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulan şirkətlərin ehtiyaclarına uyğun olaraq, UNEC və BFB-nin ixtisaslaşmış ekspertləri tərəfindən təlimlərin keçirilməsi və konfrasların təşkili də nəzərdə tutulub.

UNEC-in professor-müəllim heyəti və magistrlərinin maliyyə bazarları üzrə elmi-tədqiqat araşdırmalarına kömək məqsədilə qiymətli kağızlar bazarı haqqında məlumatların əldə olunmasında BFB tərəfindən müvafiq dəstək göstəriləcək.

18
Rejissor Eldar Quliyev

Eldar Quliyev vəfat edib

99
(Yenilənib 11:12 16.04.2021)
Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

BAKI, 16 aprel — Sputnik. Xalq artisti, rejissor Eldar Quliyev dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, rejissor uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Qeyd edək ki, rejissor yanvarın 18-də xəstəxanaya yerləşdirilmişdi. Martın əvvəlində evə buraxılan sənətkarın səhhəti ağırlaşdığından bir müddət sonra özəl klinikaların birinə yerləşdirilmişdi.

Məlumat üçün bildirək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.

99
Teqlər:
vəfat, rejissor, Eldar Quliyev
İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda

İtaliya nümayəndə heyəti Ağdam şəhərində səfərdə olub - FOTO

5
İtaliya parlamentinin üzvləri burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı italiyalı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.

BAKI, 16 aprel — Sputnik. Xəbər verildiyi kimi, İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Sputnik Azərbaycan-ın məlumatına görə, səfər çərçivəsində İtaliya nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində olub. İtaliya parlamentinin üzvləri burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı italiyalı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.

  • İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda
    © Photo : Milli Mejlis of the Azerbaijan Republic
  • İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda
    © Photo : Milli Mejlis of the Azerbaijan Republic
  • İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda
    © Photo : Milli Mejlis of the Azerbaijan Republic
1 / 3
© Photo : Milli Mejlis of the Azerbaijan Republic
İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti Ağdamda

Qonaqlar ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumatlandırılıb. Onlara məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar. Erməni vandalları hətta Şəhidlər xiyabanlarını, qəbristanlıqları da dağıdıblar.

Ağdam səfəri zamanı İtaliya nümayəndə heyətini Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.

5
İstanbul şəhərinə mənzərə, arxiv şəkli

İstanbul polisi "Montrö məktubuna" imza atmış admiralların evində axtarışa başladı

0
(Yenilənib 11:05 16.04.2021)
Ankara Baş Prokurorluğu 6 istefada olan admiralla 1 generalın ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib.

BAKI, 16 aprel — Sputnik. İstanbul Polisi Montrö Konvensiyası barədə açıq məktuba imza atmış istefada olan admirallardan yeddisinin evində axtarışa başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, Ankara Baş Prokurorluğu isə admiralların bəyannaməsi ilə bağlı 6 istefada olan admiralla 1 generalın ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin 104 istefada olan admiralı bəyannamə dərc edərək Montrö Konvensiyasını Bosfor və Dardanel boğazlarına suveren hüquqlarını bərpa edən Türkiyənin diplomatik qələbəsi adlandırıb. Admirallar Qara dənizlə Mərmərə dənizini birləşdirəcək və Bosfor boğazına paralel olacaq "İstanbul" kanalı layihəsi ilə bağlı həmin razılaşmaya yenidən baxılması barədə müzakirələri yersiz adlandırıblar. Həmçinin məktubda Türkiyədə qüvvədə olan Konstitusiyanın saxlanmasına çağırışlar da öz əksini tapıb.

Aprel ayının 5-də isə Türkiyə polisi Montrö Konvensiyasını dəstəkləyən bəyannaməyə imza atmış bir qrup istefada olan admiralı həbs edib.

0