Yenilənmiş Babək prospekti

İntizarla gözlədiyimiz gün çatır: Əsas yollardan birində təmir yekunlaşır

172
(Yenilənib 22:08 14.12.2018)
Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşıb

BAKI, 14 dekabr — Sputnik. Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km olan Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşıb.

Yenilənmiş Babək prospekti
© AAY DA mətbuat xidməti
Yenilənmiş Babək prospekti

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilib.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib.

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunub və 15 200 kv.m sahədə yeniləri tikilib, mövcud yol ayrıcı da sökülərək yenidən qurulub. Yol ayrıcının eninin kiçildilməsi prospektin hərəkət hissəsinin genişləndirilməsinə imkan yaradıb. Belə ki, prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilib. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülüb.

  • Yenilənmiş Babək prospekti
    Yenilənmiş Babək prospekti
    © AAY DA mətbuat xidməti
  • Yenilənmiş Babək prospekti
    Yenilənmiş Babək prospekti
    © AAY DA mətbuat xidməti
  • Yenilənmiş Babək prospekti
    Yenilənmiş Babək prospekti
    © AAY DA mətbuat xidməti
  • Yenilənmiş Babək prospekti
    Yenilənmiş Babək prospekti
    © AAY DA mətbuat xidməti
1 / 4
© AAY DA mətbuat xidməti
Yenilənmiş Babək prospekti

Qeyd edək ki, Babək prospekti üzərində tikilən qovşaqlar nəqliyyatın hərəkətini xeyli sürətləndirməyə imkan yaradıb. Ancaq qovşaqlar da daxil olmaqla yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Bu isə öz növbəsində prospekt boyu hərəkətdə müəyyən problemlərə səbəb olurdu.Prospekt boyu 323 609 kv.m sahəyə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, yeni üfüqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulub.

172
Əlaqədar
Bakının əsas prospektlərindən birinə giriş bağlanılır – Xəbəriniz olsun
Babək prospektindən nəhayət xoş xəbər gəldi
Bakının ən böyük prospektlərindən birinin təmiri bitir - FOTO