“Bakı Metropoliteni”nin “Sahil” stansiyası

Metrostansiyada yarmarka olacaq

43
(Yenilənib 16:21 14.12.2018)
"Əl işləri yarmarkası" "İçərişəhər" metro stansiyasında açılacaq

BAKI, 14 dekabr — Sputnik. "Bakı Metropoliteni" QSC-nin hər dəfə bir mövzu ilə sərnişinlərin diqqətini cəlb edən davamlı sosial layihələri sırasında istedadlı gənclərə dəstək aksiyaları da xüsusi yer tutur.

Bakı Metropoliteninin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu mənada metropolitençilər yeni il ərəfəsində sərnişinlərini daha bir əhəmiyyətli layihə ilə sevindirəcəklər.

Dekabrın 18-i səhər saat 10:00-dan axşam saat 19:00-a qədər "İçərişəhər" stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılacaq.

"Əl işləri yarmarkası" adlandırılmış, sırf sosial yönümlü aksiya təmənnasız təşkil edilir. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.

43
Əlaqədar
Valideynlər qaçaqaçda, məktəbli yarmarkaları isə "qan ağlayır"
Bal yarmarkası başlayır
Bakının ən isti ürəkli yarmarkası hər kəsi Yeni İl ab-havasına qərq edir