CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ili qeyd edə biləcəyimiz ölkələr – Ora getməyə dəyər

CC0 / Katatonia / KievСтолица Украины город Киев
Столица Украины город Киев - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni ili bu ölkələrdə qeyd etməklə büdcənizə qənaət etmiş olacaqsız

BAKI, 14 dekabr — Sputnik. 2019-cu ili qarşılamaq üçün ən ucuz ölkələrin adları açıqlanıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Biletall.com portalı tərəfindən maraqlı bir siyahı hazırlanıb. Siyahıda ən ucuz ölkə kimi ilk yerdə Ukrayna qərarlaşıb. 44.5 milyonluq əhalisi olan bu ölkədə qiymətlərin kifayət qədər münasib olduğu, süni bahalaşmanın olmadığı qeyd olunub.

Sonrakı yerdə isə Gürcüstan qərarlaşıb. 3.7 milyon əhalisi olan Gürcüstanda da digər ölkələrlə müqayisədə turizm qiymətlərinin kifayət qədər münasib olduğu bildirilir.

Serbiya da ən ucuz ölkələr sırasında yer alıb. 7 milyon əhalisi olan bu ölkədə həm gəzməli yerlər çoxdur, həm də qiymətlər kifayət qədər münasibdir. Xüsusən də sıxlığı sevməyənlər üçün bu ölkəyə getmək tövsiyə olunur.

Xəbər lenti
0