CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəkillər Kollegiyasının sədri qalmaqallı xəbərlərə aydınlıq gətirdi

© Photo : REPORTVəkillər Kollegiyası
Vəkillər Kollegiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Bağırov: "Kollegiyanın vəkillərin fəaliyyətinə xitam vermək kimi bir səlahiyyəti yoxdur"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. "Azərbaycanda xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər əsassızdır, dedi-qodudan başqa bir şey deyil".

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib. O bildirib ki, Kollegiyanın vəkillərin fəaliyyətinə xitam vermək kimi bir səlahiyyəti yoxdur.

"Kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər və vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son sözü və son qərarı məhkəmə qəbul edə bilər" - Bağırov qeyd edib.

Sədrin sözlərinə görə, bu il 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan Vəkillər Kollegiyası qərar qəbul edib: "Onlardan 3 nəfər üzvlük haqqını ödəməyib. 6 aydan artıq üzvlük haqqını ödəməyən vəkilin fəaliyyəti dayandırılır. 1 nəfər isə kobud qanun pozuntularına yol verdiyinə və davranış qaydalarını pozduğuna görə barəsində belə bir qərar qəbul olunub".

Xəbər lenti
0