Yol patrul xidmətinin əməkdaşı, arxiv şəkli

Yol polisindən beynəlxalq sürücülük vəsiqəsi ilə bağlı TÖVSİYƏLƏR

255
(Yenilənib 19:52 11.12.2018)
Beynəlxalq Sürücülük Vəsiqəsi milli sürücülük vəsiqəsi təqdim edildikdə etibarlıdır

BAKI, 11 dekabr — Sputnik. "Ölkə xaricində səyahətlər zamanı tanımadığımız sürücü ilə ünsiyyətdən yaranan psixoloji gərginlik hissi, klassik turizm məkanlarından daha fərqli yerlərə getmək, bir qədər sərbəst, asudə olmaq arzusu, yəqin ki, bir çoxlarımıza tanışdır. Bunun üçün ya avtomobil icarəyə götürmək və ya almaq lazımdır. Lakin bu istəyimizi gercəkləşdirmək üçün əvvəlcədən tədbirli olmalıyıq. Beynəlxalq Sürücülük Vəsiqəsinə malik olmağımız isə bu işdə bizə kömək edə bilər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev deyib.

O qeyd edib ki, Beynəlxalq Sürücülük Vəsiqəsinin verilməsi 1968-ci il Vyana Konvensiyası ilə tənzimlənir. "Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan Beynəlxalq Sürücülük Vəsiqəsi xarici dövlətlərdə avtomobil icarə edərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir".

R.Quliyev onu da bildirib ki, "Respublikamızın 1968-ci il Vyana Konvensiyasına üzv olması milli sürücülük vəsiqəsinə malik vətəndaşlarımızın Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmələrinə imkan verir. "Dilimizdəki ə, ö, ü, ğ və sair hərflərin xarici dövlətlərdə çətin oxunması problemini həll edən Beynəlxalq Sürücülük Vəsiqəsi latın qrafikası ilə, eyni zamanda ayrı-ayrı səhifələrdə alman, fransız, italyan, ingilis, çin və sair, ümumilikdə 8 dildə çap olunur. Vəsiqə sahibi barəsində məlumatlar isə vəsiqənin son səhifəsində ingilis dilində tərtib olunur. Beynəlxalq Sürücülük Vəsiqəsi milli sürücülük vəsiqəsi təqdim edildikdə etibarlıdır".

Şöbə rəisinin sözlərinə görə, Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmək istəyən vətəndaşlar Bakı şəhərində Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə, habelə Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə şəxsiyyət vəsiqəsi, milli sürücülük vəsiqəsi, iki ədəd 3x4 ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət edə və qısa müddətdə ona yiyələnə bilərlər. Şöbə rəisi sonda qeyd edib ki, Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmək istəyən şəxslərdən sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçmək tələb olunmur: "Xarici dövlətlərə səfərlər zamanı Beynəlxalq Sürücülük Vəsiqəsinin imkanlarından yararlanmış soydaşlarımızın məmnunluq ifadə etməsi sahibinə rahatlıq və güvənlik verən bu vəsiqənin sınaqdan uğurla çıxdığını deməyə əsas verir".

255
Teqlər:
sürücülük vəsiqəsi, polkovnik-leytenant Rüfət Quliyev, Baş Dövlət Yol Polisi İdarəsi
Əlaqədar
Yol polisi sürücülərə müraciət etdi
Yol Polisi yük avtomobili sürücülərinə sərt xəbərdarlıq etdi
Yol polisi qalmaqallı video ilə bağlı açıqlama yaydı
Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edir
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

18
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

18
Şəmkirdə vaksinasiya

Şəmkirlilər koronavirusa qarşı vaksinasiyaya "hə" dedilər

14
(Yenilənib 23:53 21.01.2021)
Şəmkirdə COVİD-19 pandemiyasına qarşı vaksinasiyaya başlayıb. Peyvəndləmədən keçən tibb işçiləri özlərini yaxşı hiss etdiklərini bildiriblər.

İlham Mustafayev, Sputnik Azərbaycan

21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri  vaksinasiyada ön sıralarda olub.

Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:

 “Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib.
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə vaksinasiya
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Şəmkirdə vaksinasiya
.

Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:

“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, –  deyə həkim C. Yusibov əlavə edib.

Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.

14
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

0
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

0