Market

Yeni qərar verildi: Artıq marketlərə zənbillə gedəcəksiniz

13770
(Yenilənib 17:15 07.12.2018)
"Belə olan halda, plastik paketlərin tullantıları azalır və ekologiyaya da xeyirli olur"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 10 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) xəbərdarlıq edib ki, yaxın zamanlarda supermarketlərdə və digər alqı-satqı gerçəkləşən məkanlarda plastik torbalar pullu olacaq. Nazirlikdən bu qərarın ekologiyanı qorumaq məqsədi ilə tətbiq ediləcəyi bildirilib.

Sellofan paketlər
© Sputnik
Sellofan paketlər

Maraqlıdır, əgər sellofan torbalar pullu olacaqsa, onlar nə ilə əvəzlənəcək? Sellofanların pullu olmasının vətəndaşlara nə kimi müsbət və mənfi təsiri olacaq? Sputnik Azərbaycan sözügedən prosesə başlandıqdan sonra yaranacaq bu kimi sualların cavablarını ekspertlərdən soruşub.

İqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, Azərbaycanda bütün topdan və pərakəndə satış məntəqələrində, ticarət obyektlərində alış-veriş zamanı plastik torbalardan istifadə olunur: "Vətəndaş aldığı məhsulları istədiyi qədər sellofan paketə doldurub gedir. Ukrayna və Rusiyada sellofan paketlər pulla alıcıya təklif edilir. Vətəndaş də ancaq lazım olan qədər sellofan alır".

Mütəxəssisin sözlərinə görə, plastik torbalar pullu olanda vətəndaş paketi tullamır və dəfələrlə ondan istifadə edir: "Belə olan halda plastik paketlərin tullantıları azalır və ekologiyaya da xeyirli olur".

"Bu qərar qüvvəyə minəndə artıq yanaşma dəyişəcək. Avropa ölkələrində sağlamlığı nəzərə alaraq kağız paketlərdən istifadə edirlər. Bu, qidanın saxlanması üçün daha məqsədəuyğundur. Kağız paketlər də pullu olmalıdır. Əks halda alıcılar kağız paketlərə də qənaət etməyəcəklər. Kağız tullantı eroziyaya tez uğrayır və tez məhv olur. Amma sellofanların məhv olması üçün yüz illər lazımdır" - deyə ekspert əlavə edib.

F.İbrahimovun fikrincə, bu qərar tətbiq ediləndə vətəndaşlar düşünəcəklər ki, satıcılar daha çox pul qazanmaq üçün sellofanları pullu satırlar: "Amma bu, bir müddət sonra normal qarşılanacaq. Dünyada tətbiq olunan bir qanundur və normal qarşılamaq lazımdır".

"SSRİ dövründə vətəndaşlar 10 qəpiyə kağız torbalar alırdılar, ya da zənbillərlə dükana gəlirdilər. Türkiyə sərhədləri açılandan sonra bizə sellofanların pulsuz paylanması anlayışı gəldi. Düşünürəm ki, bu qanunun bizə xeyirli olacaq" - müsahibimiz vurğulayıb.

"O ki, qaldı geyim mağazalarına, bu qanun tətbiq edilmir. Onsuz bu mağazalar kağız torbalardan istifadə edir. Onlar pullu olmaz. Vətəndaşlar əksər hallarda belə paketləri küçəyə atmır, uzun müddət istifadə edirlər" – deyə o, əlavə edib.

Ekoloq Müslüm Qurbanov da bu qərarı doğru addım kimi qiymətləndirib: "Nazirlik gec də olsa, qərar verdi. İnsanlar torbalardan istifadə qaydalarına riayət etmirdilər. Az məhsul alsalar belə, az qala, hər məhsulu bir torbaya yığırdılar. Bu da plastik torbaların daha çox zibilə çevrilməsinə səbəb olurdu. Bu məhsullar da təbiətə atılanda məhv olmur, yandırmaq isə atmosferə böyük ziyan vura bilər".

Ekoloq düşünür ki, bu cür polimer materialların torbalar, şirə qabları kimi istifadə edilməsi üçün əvvəlcədən müəyyən mexanizm işlənməli idi: "Məsələn, plastik qablardan suların, şirələrin qablaşdırılmasında da istifadə edilir. Onları yenidən emala cəlb etmək üçün firmaya təhvil vermək olardı".

"Kağız torbalardan istifadə yaxşıdır. Amma ağacların kəsilməsi məsələsi də gündəmdədir və ekologiyaya ziyan vurmamaq lazımdır. Buna görə də vətəndaşlar qənaət etməyi bacarmalıdır" - deyə M.Qurbanov qeyd edib.

13770
Teqlər:
kağız, market, ekologiya, dükan, paket, torba, ETSN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Ekologiya düşməni olan sahibkar cəzasını aldı
Həyəcan siqnalı: Burnumuzun dibində ekoloji fəlakət baş verir
Xəzər dənizində suyun səviyyəsinin enməsi ekoloji qəzalara gətirib çıxara bilər
Azərbaycanda ekoloji vəziyyət: Köhnə problemlər necə həll olunur?
 Bıçaq əlində kişi, arxiv şəkil

Azyaşlı oğlunun gözü qarşısında arvadını qətlə yetirdi

3
Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

3
Teqlər:
bıçaq zərbəsi, bıçaqlanma, bıçaq, qətl hadisəsi, qətl, prokurorluq, Bakı
(1:09 / 8.84Mb / просмотров видео: 10)

Təki vətən sağ olsun: Ağdamın cəbhə kəndlərinin pambıq yığımı

13
(Yenilənib 13:34 31.10.2020)
Builki pambıq yığımı qoşunların qarşıdurma xəttində gedən döyüş əməliyyatları ucbatından xeyli gecikib. Amma bu, kəndlini narahat etmir. Ətraflı videomizda.

Ağdamın kəndlərində sakinlərin əsas məşğuliyyəti kənd təsərrüfatı məhsullarının istehsalıdır. Təsərrüfat sahiblərinin bir hissəsi də pambıq əkib becərir. Builki yığım mövsümü müharibə vaxtına düşüb. Buna baxmayaraq, fermerlər sahələrdə yığım işlərini həyata keçirirlər.

Təsərrüfat sahibi  Şahmar Rzayev Ağdamın cəbhə kəndlərinin ərazisində 50 hektara qədər pambıq əkib. Yüksək məhsul becərən fermer yığımı davam etdirir. sahələrdən 45 sentinerdən yuxarı məhsul əldə olunacağını deyir. Bunun üçün bütün aqrotexniki qaydalara əməl edib.

Günortaya qədər Ağdama 130-dan artıq mərmi düşüb – VİDEO >>

Düşmənin ağ qızıl tarlalarını ağır artilleriyadan atəşə tutmasına baxmayaraq, rayon ərazisində fəaliyyət  göstərən pambıq qəbulu və emalı məntəqələri kəndlinin məhsulunu sahələrdən toplayır. Bütün xərcləri isə həmin şirkətlər öz hesabına reallaşdırır.

Əgər Ermənistan silahlı qüvvələri terror aktlarından əl çəksə, soyuq havalar gəlmədən pambıq sahələrdən toplanacaq. Əslində havanın qeyri-sabit keçməməsi də bu işi sürətləndirəcək.

13
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
 Smerç raketin fraqmetləri

Ermənistanın atdığı raketlərin buraxılışı peykdən müşahidə edilir

0
Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər

BAKI, 31 oktyabr — Sputnik. "Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq".

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı jurnalistin "Bu müharibə nə qədər davam edəcək?" sualına belə cavab verib:

"Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur.

Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər.

İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var.

Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik".

0
Əlaqədar
İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"
İlham Əliyev: Erməni tərəfi cəsədlərin və hərbi əsirlərin dəyişdirilməsindən imtina edib
İlham Əliyev: "Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər"