Лимонад, фото из архива

Limon suyunun inanılmaz faydaları

145
(Yenilənib 18:04 01.12.2018)
Limon suyu xərçəngin yaranma riskini aşağı salır

BAKI, 10 dekabr — Sputnik. Antioksidant təsirlərə malik olan limonun faydaları da tükənməzdir.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, limon suyu ilə türkəçarə edərək bir sıra xəstəlikləri sağaltmaq mümkündür. Boğaz ağrısının əsas məlhəmi hesab edilən limon suyu həmçinin artıq çəkidən əziyyət çəkən şəxslərə də məsləhət görülür. Kalorini azaltdığı üçün dietada olan şəxslərə daha çox limon yemək tövsiyə edilir.

Xüsusən də şəkər xəstələri üçün limonun faydaları tükənməzdir. Limon suyunu içməklə böyrək daşının yaranma riski də aşağı düşür. Qaraciyər problemindən əziyyət çəkənlərə, qəbizliyi olan və immuniteti aşağı xəstələrə də limon suyu içmək tövsiyə edilir. Limon suyu içmək, limon yemək stressi aradan qaldırmaqla yanaşı xərçəng riskini azaldır.

Bundan başqa bu sitrus meyvəsinin dəri üçün də faydalı olduğu söylənilir.

145
Əlaqədar
Belə limon görməmisiniz
Astarada yetişən nəhəng limon: Çəkisi də, qiyməti də fərqlidir
Sağlamlığın sadə resepti: Limon və su
“Limon — beşi 1 manat” — Tarixə qovuşur