Продажа риса на рынке в Китае. Архивное фото

üçün düyü yeməliyik?

457
(Yenilənib 11:18 09.12.2018)
Nəzərə almaq lazımdır ki, bütün bu faydalı xüsusiyyətlər uzun düyüyə (“aş” düyüsü) deyil, yumru düyüyə aiddir

BAKI, 9 dekabr – Sputnik. Aparılan araşdırmalar göstərib ki, gündə yarım stəkan bişmiş yağsız düyü yemək orqanizm üçün çox faydalıdır.

Qara kürü, arxiv şəkli
© Sputnik / Dmitry Korobeynikov

Sputnik Azərbaycan xəbər verir ki, düyü bədənin gündəlik fol turşusu və B vitamini ehtiyacının 23 faizini qarşılayır. Bu sayədə hüceyrələrin yenilənməsinə yardım edir. Ehtiva etdiyi 15 növdən çox vitamin, mineral və faydalı antioksidantlar sayəsində düyü bədəni enerji ilə təmin edən əsl qida anbarıdır. Xüsusən son illərdə fol turşusu, kalium, maqnezium, selen, lif, dəmir və sink tərkibinə görə düyü pəhriz reseptlərinə daxil edilməyə başlanıb.

Aparılan bir araşdırma nəticəsində fol turşusunun, həmçinin ürək-damar sağlamlığı və anadangəlmə ürək narahatlıqlarının müalicəsi üçün effektli olduğu üzə çıxıb. Düyü bədənin sağlam şəkildə qocalmasını dəstəkləyir.

Bundan başqa, bədənin yavaş-yavaş həzm etdiyi kompleks karbonhidrat serotonin hormonlarının ifraz olunmasını təmin edir və bədəni gümrah saxlayır.

Nəzərə almaq lazımdır ki, bütün bu faydalı xüsusiyyətlər uzun düyüyə (“aş” düyüsü) deyil, yumru düyüyə aiddir.

457
Teqlər:
mineral, vitamin, fayda, düyü
Əlaqədar
Əhali arasında "kitayski düyü" təlaşı yaşanır
Dövlət agentliyindən saxta düyü və yumurta barədə açıqlama