Yasamal rayon Əsəd Əhmədov küçəsi 24 B

Sosial şəbəkələrdə yayılan qalmaqallı fotoya aydınlıq gətirildi

329
(Yenilənib 17:31 07.12.2018)
Hazırda qarajın və həyətə girişin tikinti işləri tamamlanmaq üzrədir

BAKI, 7 dekabr — Sputnik. "Bir neçə gündür ki, sosial şəbəkələrdə Yasamal rayon Əsəd Əhmədov küçəsi 24 B ünvanında binalar arasında yeni binanın tikilməsi ilə bağlı məlumatlar yayılır. Bütün yazılan məlumatlar əsassızdır". Bu barədə Sputnik Azərbaycan-a Şərur MTK-nın komendantı Toğrul Kətanov məlumat verib.

O bildirib ki, binalar arasında inşa edilən tikili bina sakinlərinin rahatlığını təmin edilməsi üçün nəzərdə tutulmuş qarajdır. Hazırda qarajın və həyətə girişin tikinti işləri tamamlanmaq üzrədir: " Yalan məlumat yayanlar haqqında tədbirlər görüləcək".

329