Здание Министерства внутренних дел Азербайджанской Республики

BNA əməkdaşlarına hücum etmiş avtomobilin sürücüsü saxlanılıb - RƏSMİ

41
(Yenilənib 18:55 06.12.2018)
DİN mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadənin verdiyi məlumata görə, həyata keçirən təxirəsalınmaz tədbirlər nəticəsində "Mersedes" markalı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyənləşdirərək saxlanılıb

BAKI, 6 dekabr - Sputnik. Ötən gün Bakı Nəqliyyat Agentliyinin daynma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib.

Bu barədə Sputnik Azərbaycan-a BNA-dan məlumat verilib.

Koroğlu metro stansiyası, arxiv şəkil
© Sputnik / Murad Orujov

Məlumata görə, hadisə dünən axşam saatlarında “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib. Dövlət Qeydiyyat Nişanı 10 UP 565 olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqəsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı o, avtomobilində saxladığı kəsiçi-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.

Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndələrinə qarşı qanuna zidd əməli törədən sürücünün şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində "Mersedes" markalı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyənləşdirərək saxlanılıb. Hazırda  faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

41