CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün onların peşə bayramıdır

CC0 / 526663 / phoneStasionar telefon, arxiv şəkli
Stasionar telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Sektoru təmsil edən rəhbər şəxs və nümayəndələrin üzərinə düşən yaradılan şəraitdən faydalanaraq ölkədə yüksək texnologiyalar sahəsinin inkişafını ən yüksək səviyyəyə çatdırmaqdır"

BAKI, 6 dekabr — Sputnik. 1881-ci il 6 dekabr tarixində "Nobel qardaşları cəmiyyəti" tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. Sputnik Azərbaycan xəbər verir ki, hələ XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf etmiş, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.

Əlində mobil telefon tutmuş adam, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda mobil rabitə düyünü: tərəflər məsuliyyəti üzərlərindən atır

Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi artıq 13 ildir ki, prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Rabitə, Nəqliyyat və Yüksək Texnologiyaları Nazirliyinin məlumatına görə, bu sahədə çalışanların fəaliyyətini motivasiya etmək üçün onlar mütəmadi olaraq fəxri adlarla təltif olunurlar.

"Sektoru təmsil edən rəhbər şəxs və nümayəndələrin üzərinə düşən isə yaradılan şəraitdən faydalanaraq ölkədə yüksək texnologiyalar sahəsinin inkişafını ən yüksək səviyyəyə çatdırmaq və Azərbaycanı İKT sahəsində lider dövlətə çevirməkdir" – deyə nazirlikdən bildirilib.

Xəbər lenti
0