Mirzə Fətəli Axundov adına 1 saylı tam orta məktəb

Ekspert "qızıl medallardan" danışdı

21
(Yenilənib 18:45 05.12.2018)
Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır

BAKI, 6 dekabr — Sputnik. "Orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün medalların verilməsi ənənəsi hələ XIX əsrdə olub. Rusiyada məktəb medallarının tarixi 1828-ci ildə "Məhəllə, qəza məktəbləri və gimnaziyalarının əsasnamələri"nin qəbulu ilə başlayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci ilin mayın 30-dan tətbiq edilib.

"İlk qızıl və gümüş medallar 583 qızıl və 925 gümüş probundan hazırlanırdı. Dairəvi formada, diametri 32 mm olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanırdı. Əsl qızıl medallar demək olar ki, həmin illərdə hazırlananlar hesab edilə bilər. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın probu 375-ə enməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır" – deyə ekspert bildirib.

Onun sözlərinə görə, 1960-cı ildə məktəb medallarının yeni nümunəsi tətbiq edilir. Medalların diametri 40 mm-dək böyüdülür, amma əvəzində onların tərkibindəki qiymətli metalların çəkisi azaldılır: "Qızıl medallarda qiymətli metalların çəkisi 0,3 qrama, gümüş medallarda isə 0,2 qrama çatır. Bu qiymətli metalların yerini isə qızıl medallarda tompaklar (mis ilə sink ərintisi; bürünc növü), gümüş medallarda melxior (nikellə misdən alınan gümüşə oxşar ərinti) tutur. Beləliklə, medallarda qiymətli metallar yalnız toz halında qalmış olur".

21
Teqlər:
təhsil eksperti, Kamran Əsədov, məktəb, qızıl medal
Əlaqədar
Azərbaycanda peşə məktəbləri ilə bağlı vacib qərar verildi
Bütün məktəblərin şagirdləri üçün xüsusi geyim formaları tətbiq ediləcək
Deputatdan inqilabi təkliflər: 11 illik icbari təhsil, məktəblərə maliyyə azadlığı...