Qaz sobası

Qazdan istifadə elektrik enerjisi şəbəkəsinə qoşulma qayadaları dəyişdirildi

935
(Yenilənib 12:30 04.12.2018)
EMTA tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi sənədlər toplusu əsasında keçirilir

BAKI, 4 dekabr — Sputnik. Nazirlər Kabineti (NK) "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" və "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"-na dəyişiklik edib.

Sputnik Azərbaycan NK-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb. Qərara görə, NK-nın 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarında 1.2.3-cü bəndin birinci cümləsindən "xüsusi razılığı (lisenziyası) olan" sözləri çıxarılıb, 1.2. 2.4-cü bənd isə "2.4. Sənaye qaz qurğularının istismara buraxılması Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (bundan sonra – Enerji Məsələlərini Tənzimləmə Agentliyi - EMTA) verdiyi icazə əsasında həyata keçirilir" kimi dəyişdirilib.

Bununla yanaşı, EMTA tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi sənədlər toplusu əsasında həyata keçiriləcək. Bura qaz paylayıcısının verdiyi texniki şərt, EMTA və qaz paylayıcısı ilə razılaşdırılmış qaz təchizatı layihəsi, tikinti-quraşdırma işlərini aparmış şəxslə istehlakçı arasında təhvil-təslim aktı, buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt, quraşdırılmış sənaye qaz qurğularının texniki pasportları, qaz sayğacının quraşdırılması aktı daxildir.

Eyni zamanda, NK-nın 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları"na əlavə edilib.

Əlavəyə görə, EMTA tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi sənədlər toplusu əsasında keçirilir. Bura ETM-in və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər EMTA və ETM ilə razılaşdırılmış enerji təchizatı layihəsi, tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı,elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti, kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu,transformatorun və avadanlıqların sınaq-sazlama protokolu, elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı və elektrik sayğacının quraşdırılması aktı daxildir.

935
Teqlər:
qərar, qayda, elektrik, qaz
Əlaqədar
Qaz balonunu anam alıb: Məktəbi bir-birinə vuran uşaq etiraf etdi
Qaz idarəsi ilə vətəndaş arasında heyrətamiz çəkişmə gedir
Komitə sədri narazılıq etdi: "Biz hər 5 ildən bir qaz çəkməli deyilik"
Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку

Dövlət Təhlükəsizliyi Xidməti ölkə vətəndaşlarına xəbərdarlıq etdi

18
(Yenilənib 21:49 30.09.2020)
Ermənistan Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.

Sputnik Azərbaycan-a Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.

18
Məktəblilər, arxiv şəkli

Nazirlik bu günə qədər koronavirusa yoluxan məktəblilərin sayını açıqlayıb

10
(Yenilənib 21:37 30.09.2020)
Emin Əmrullayev: Ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanda 420 məktəb öz fəaliyyətini müvəqqəti məhdudlaşdırıb və dayandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında danışıb.

O qeyd edib ki, ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcək və həmin ərazilərdə tədris bərpa olunacaq.

Nazirin sözlərinə görə, düşmən zərbələri nəticəsində 9 məktəb zədə alıb, 2 şagird dünyasını dəyişib, 1 müəllim yaralanıb.

E.Əmirullayev həmçinin bildirib ki, hər gün Operativ Qərargahdan yoluxan şəxslərin FİN nömrəsi göndərilir, bunun vasitəsilə hansı şagird və müəllimlərin yoluxması müəyyən olunur.

Onun sözlərinə görə, eyni zamanda, prosesin vaxtında aparılması üçün 300-dən çox "Məktəblinin dostu" və 700-dən çox könüllü şagirdlərin hərarətini ölçür: "Siniflərdə nəzarət həyata keçirilir, müəllim və ya şagirdlərdə hərarət artanda, dərsdən çıxarılır".

Nazir vurğulayıb ki, bu günə qədər 387 şagirdin, 23 müəllimin hərarəti 37 dərəcədən çox olub. Dərsdən təcrid edilən 78 şagird və 2 işçi heyəti olub. Bu günə qədər koronavirusa yoluxan şagirdlərin sayı 210 nəfər olub.

Onun sözlərinə görə, məktəblərdə kütləvi şəkildə yoluxma olmayıb: "Yəni yoluxan şagird olanda bir neçə şagirdin yoluxması olmayıb. Virus hazırda məktəbdən evə yox, evdən məktəbə gedir. Bir sinifdə kütləvi yoluxma olmayıb. Müəllimlər arasında isə Qubada bir kənddə 8 müəllim yoluxub. Bu məktəb distant təhsilə keçirilib. Ümumilikdə 19 sinif, bir məktəb distant təhsilə keçirilib. 14 gün bitdiyi üçün gələn həftə bəzi siniflər distant təhsildən çıxacaq. Yoluxan şagirdlərlə təmasda olan şagirdlərin sayı 612, yoluxan heyət sayı 59, təmasda olan heyət sayı 76 olub".

10