Мессенджер WhatsApp на экране смартфона, фото из архива

Nazirlik xəbərdarlıq edir: Bu mesajları açmayın!

777
(Yenilənib 11:03 04.12.2018)
Linkə daxil olan şəxlərin telefonuna virus proqramı yayılır

BAKI, 4 dekabr — Sputnik. ""WhatsApp"-da sizə DSMF-ilə bağlı gələn mesajları açmayın, spamdır". Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Qeyd edək ki, dünən axşam saatlarında "WhatsApp" sosial şəbəkəsində "1990-cı ildən 2018-ci ilə qədər işləyən işçilər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüquqüna malikdirlər. Adınızın bu müavinəti almaq haqqı olan şəxslərin siyahısında olub-olmadığını yoxlayın" mesajı yayılıb və link əlavə edilib.

Linkə daxil olan şəxlərin telefonuna virus proqramı yayılır və telefonun ana menyusunda bir sıra proqramlara zərər verir.

777
Teqlər:
xəbərdarlıq, mesaj, "WhatsApp", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əlaqədar
Məktəbliləri kim oğurlayır: Bakı qeybətcillərinin fantaziyaları və "WhatsApp" şüvənçiləri
"WhatsApp"-dan müsəlmanlar üçün maraqlı yenilik
"WhatsApp" istifadəçilərinə bəd xəbər
"WhatsApp"dan istifadəçilər üçün çox pis xəbər gəldi