Həblər, arxiv şəkli

Narkotik aludəçiliyini necə müəyyən etmək olar?

83
(Yenilənib 21:13 03.12.2018)
Ailə xəstənin nə qədər yanında olsa, müalicə müddəti daha rahat keçər

BAKI, 4 dekabr — Sputnik. Siqaret, alkoqollu içkilər, narkotik maddə istifadəsinə sosiallaşma, problemlərlə mübarizə, əyləncə, maraq, özünü böyük hiss etmə istəyi, alkoqollu içkilərdən istifadə edən böyüklərdən nümunə götürmək istəyi, sosial şəbəkələr, yazılı və görüntülü media, alkoqollu içkiləri əldə etməyin asan olması, özünə inamı artırma, dost çevrəsi ilə ayaqlaşa bilmək və s. səbəb ola bilər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə psixoloq Kutalp Koroğlu açıqlama verib.

Onun sözlərinə görə, şəxsin alkoqol və narkotik maddə qəbul etdiyini ətrafındakılar anlaya bilər. Hər gənc yeniyetməlik dövründə müəyyən davranış dəyişikliklərindən keçir. Ancaq bu davranışlar həddən artıqdırsa, şübhələnməyə dəyər.

"Gənc təhsilə fikir vermir, məktəbə getmirsə, normalda xərclədiyindən daha çox xərcləyirsə, dost əhatəsində dəyişikliklər varsa və evə gec gəlməyə başlayıbsa, bu ailəsi üçün bir xəbərdarlıq olmalıdır. Alkoqollu içkilər və narkotik maddə istifadə edən şəxslərin uzunmüddətli müalicə alması vacibdir. Bu şəxslər istifadə etdikləri maddədən tamamilə təmizlənib, sosial həyata tamamilə adaptasiya olmaq üçün ciddi terapiya keçməlidir" – deyə psixoloq bildirib.

Psixloqun fikrincə, aparılan beynəlxalq araşdırmalara görə, bu müalicənin ən az müddəti 28 gündür. Ancaq bəzi xəstələrin daha uzun müddət müalicə almasına ehtiyac duyulur.

K. Koroğlu qeyd edir ki, alkoqollu içki və ya narkotik maddə asılılığından əziyyət çəkən gənclərə müalicə ilə yanaşı ailə dəstəyi də çox önəmlidir. Günahlandırma, "alkoqolik", "narkoman" və s. ifadələrdən uzaq durmaq lazımdır.

Ailə xəstənin nə qədər yanında olsa, müalicə müddəti daha rahat keçər.

83