CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı şamandan ilginc iddia: "Dünyanı Qobustandan idarə edirik"

© Sputnik / Irade JELILAzərbaycanlı şaman Tərlan Manafov
Azərbaycanlı şaman Tərlan Manafov - Sputnik Azərbaycan
Abunə olmaq
Tərlan Manafov: "İnsan öləndən sonra ruhu 40 gün ərzində yox olur"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında dini tolerantlığı ilə seçilir. Ölkəmizdə bütün səmavi və qeyri-səmavi dinlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayırlar. Ölkəmizdə hər kəsin dini etiqadına hörmətlə yanaşılır. Həmçinin də Azərbaycandakı şamanların.

Bu dəfə Azərbaycanda yaşayan, dünyaya baxışı fərqli olan şamanlar haqqında ətraflı məlumat toplamaq qərarına gəldik. Bu məqsədlə Sputnik Azərbaycan-ın ofisində azərbaycanlı şaman Tərlan Manafovla həmsöhbət olduq.

© Sputnik / Irade JELILAzərbaycanlı şaman Tərlan Manafov
Azərbaycanlı şamandan ilginc iddia: Dünyanı Qobustandan idarə edirik - Sputnik Azərbaycan
Azərbaycanlı şaman Tərlan Manafov

- Bildiyimiz qədər, şaman olmaq üçün gərək valideynlərdən biri şaman olsun. Ya da şaman ruhlardan birinin bədəninə daxil olub, sənə hökm etməsinə imkan verməlisən. Siz necə şaman oldunuz?

- Mən əslən türkəm, Qobustan ərazisində dünyaya gəlib, böyümüşəm. Babalarım şaman olub və mən onların varisiyəm. Qobustan tarixi yerdir, hər daşı-qayası ruhdur. Məhz burada böyüməyim mənə təsir edib. Oranın aurası zaman keçdikcə mənə təsir edirdi və yavaş-yavaş anladım ki, şaman ola bilərəm.

- Şamanlığa nə vaxtdan başladınız?

- Hər bir insan öz daxilini öyrəndikcə, yaşadıqca dəyişir. Qobustanda yaşamaq məni dəyişdi. Uşaqlıqdan təbiətlə ünsiyyət mənə təsir etdi. Söhbətimizin bu yerində şamanların içinə ruh daxil olmasına aydınlıq gətirmək istərdim. Amazonda, Sibirdə bir nəfərə vergi verilir və ruhlar onu seçirlər. Yəni ruhlar onun enerjisi ilə eyni gəldiyi üçün seçirlər və onunla danışırlar. Şamanın içinə ruh girməsi isə uydurulmuş rəvayətlərdir. Ruh insanın içinə daxil ola bilməz. Elə olsa, insan dəli olar. Şamanlar əksinə, ruhlarını daha yaxşı idarə edirlər.

- İnsanların və ya başqa varlıqların enerjisini hiss edirsiniz?

- Bəli. Əvvəllər çətinlik çəkirdim. Amma son zamanlar özümü idarə edirəm, auralara fikir vermirəm. İnsanların xəstəliyini, mənfi və müsbət enerjini hiss edirəm.

© Sputnik / Irade JELILAzərbaycanlı şaman Tərlan Manafov
Azərbaycanlı şamandan ilginc iddia: Dünyanı Qobustandan idarə edirik - Sputnik Azərbaycan
Azərbaycanlı şaman Tərlan Manafov

- Şamanların cadu etmək, cadu çıxarmaq, yağış yağdırmaq kimi qabiliyyəti olur. Bunlardan hansını bacarırsınız?

- Şamanlar hava, su, od və torpaqla rabitə qura bilirlər. Kodları biləndən sonra şaman bu ünsürlərə təsir edə bilir. Yer kürəsi də insan kimi canlıdır. Onun da beyni, gözü, ürəyi var. Mən Qobustanda işləyirəm. Qobustan yer kürəsinin ürəyidir. Qobustandan 26 min ildir ki, bəzi enerjilər tənzimlənir. Bu enerjiləri tənzimləyən şamanlar var. Bu gün də Altaydan, Hindistandan və başqa yerlərdən şamanlar bir neçə aydan bir Qobustana gəlirlər. Azərbaycandan da mən, onlarla birlikdə orada bu enerjiləri idarə edirik.

- Deyirlər ki, şamanlar da ağ və qara qüvvələrə bölünürlər. Siz hansı qüvvələrə yaxınsınız?

- Bu, bir qədər mifologiyadır, həqiqət deyil. Şamanlar hər bir enerjini görə bilərlər. Ona görə də yoqa da, buddizm də, şamanlıq da deyir ki, ağ və qara qüvvələr insanların öz içindədir.

- Dinlərdə ruhlar haqqında fərqli və ziddiyyətli məlumatlar var. Şamanlar ruhlarla bağlı necə düşünürlər?

- İnsan öləndən sonra ruhu 40 gün ərzində yox olub gedir. Axirətdə Allah hər insanı dirildəcək, yəni ruhunu və cismini yaradacaq. Ruh energetik və ya işıqlı bir bədəndir. Bəzi insanlar uzun müddət ruhu üzərində işləyərək öləndən sonra yaşaya bilər. Yəni 40 günə əriməyə bilər. Bunu da xüsusi vergili və seçimli insanlar edə bilirlər. Onlar da başqa dünyalarda yaşayırlar. Ancaq milyarddan bir insan bunu edə bilir.

© Sputnik / Irade JELILAzərbaycanlı şaman Tərlan Manafov
Azərbaycanlı şamandan ilginc iddia: Dünyanı Qobustandan idarə edirik - Sputnik Azərbaycan
Azərbaycanlı şaman Tərlan Manafov

- Kim tərəfindən müəyyən olunur o insanlar?

- Onlar seçilmiş insanlardır. Peyğəmbər səviyyəli insanlardır və onlar öləndən sonra başqa dünyalara keçirlər. Onlar orada yaşayırlar, bura geri dönmürlər.

- Şamanlar axirətə inanır?

- Axirət tarixi hadisədir və bu hadisə dəfələrlə olub. Şamanlar sadəcə öz ruhlarını idarə edərək, axirət zamanı imtahandan keçə biləcəklər. Məhz buna görə də bu məsələ gizli məlumatdır.

- Ümumiyyətlə, şamanizmin əsas mahiyyəti nədən ibarətdir?

- Bizim gördüyümüz dünyanın içində də başqa dünyalar var. Məsələn, Bakının özündə başqa bakılar var. Onları biz insanlar adi gözlə görə bilmirik. Şamanizmin əsas mahiyyəti odur ki, bütün hadisələrin kökləri o dünyadan gəlir. Şamanlarda ona "böyük yuxu" deyilir. Şamanlar o hadisələri görürlər və o hadisələri idarə edirlər. Azərbaycan və dünyada baş verənlər Qobustandan başlayır və idarə olunur. Biz bundan istifadə edib, dünyaya təsir edə bilərik. Bununla məşğul olanlar şamanlar və sufilərdir.

© Sputnik / Irade JELILAzərbaycanlı şaman Tərlan Manafov
Azərbaycanlı şamandan ilginc iddia: Dünyanı Qobustandan idarə edirik - Sputnik Azərbaycan
Azərbaycanlı şaman Tərlan Manafov

- Deyirsiniz ki, şamanlar ruhlarla danışırlar. Onu da əlavə edirsiniz ki, ruhlar 40 günə əriyir. Bu, necə olur?

- Danışdığımız ruhlar xüsusi seçilmişlərdir və başqa varlıqlardır. Onlarla ünsiyyət qurmaq olur. Mən də tez-tez başqa varlıqlarla danışıram. Mən öz bədənimdən çıxıb, başqa dünyaları da gəzirəm. Qobustanda bunu çox rahat edə bilirəm.

- Ruhlarla hansı dildə və ya necə danışırsınız?

- Hər bir insan hansı dili bilirsə, o dildə danışır. Körpə uşaqlarda bəsirət gözü açıq olur. Amma onlar danışmağa başladıqca bəsirət gözü bağlanır. Çünki insan danışdıqca çərçivəyə yığılır və beyni daim işləyir. Bu da kənarı görməyə imkan vermir. Hətta belə bir fikir var ki, istənilən insan 15 dəqiqə düşünməsə, özlüyündə danışmasa, bəsirət gözü açılar və həmin an ətrafda olan varlıqları görə bilər. Buna da hər insan hazır olmadığı üçün dəli ola bilər.

© Sputnik / Irade JELILAzərbaycanlı şaman Tərlan Manafov
Azərbaycanlı şamandan ilginc iddia: Dünyanı Qobustandan idarə edirik - Sputnik Azərbaycan
Azərbaycanlı şaman Tərlan Manafov

- Nəyə görə şamanlar məhz Qobustanda toplaşırlar?

- Qobustanda qayaüstü rəsmləri şamanlar çəkib. İstənilən qayaüstü rəsmlərdə şamanlar enerjilərini və demək istədikləri informasiyanı qoyublar. İnsanlar o rəsmlərə baxıb, o informasiyanı hiss edə bilərlər. Şamanlar isə xüsusilə bunu hiss edə bilirlər.

- Qobustanda "Qara atlı baba" piri var. Rəvayətə görə, orada qara atlı baba atı ilə birlikdə yoxa çıxıb. Bu rəvayətə inanırsınız?

- Əlbəttə. İnsanlar çox məşq edəndə cismən bir yerdən digər yerə keçə bilirlər. Məsələn, bir şəhərdən digər şəhərə. Hətta Cənubi Amerikada elə şəhər olub ki, xarici qüvvələrin hücumu zamanı əhalisi yoxa çıxıb. Onlar şaman olduqlarından rahatlıqla bir dünyadan başqa dünyaya keçə biliblər.

- Şamanlar heyvanlarla də ünsiyyət qura bilir?

-Bəli. Amma bütün heyvanlardan söhbət getmir. Sadəcə canavar, qartal, tülkü, öküz formasında olan totemləri çağıranda, gəlib şamanla söhbət edə bilir. Türklərin ən çox sevdiyi heyvanlar canavar və qartaldır. Bir də hər bir meşənin, dağın öz sahibi olur. Qobustanda da qurd, at, qartal var. Onların öz sahələri olur, ərazilərinə daxil olanda bəzən sizə zərər də vura bilərlər.

- Şamanlar cadu da edirlər?

- Şamanlar cadu ilə məşğul olurlar. Sadəcə cadu edilən insan caduya inanan insana təsir edir. Məsələn, bir qəbilədə olan insana cadu edəndə ona təsir edir, amma kənardan gələn başqa insana cadu edəndə ona keçmir. Cadu deyəndə, şamanın verdiyi xeyir-dua və pis təsir nəzərdə tutulur.

Xəbər lenti
0