İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Mühüm yolun tikintisinə vəsait ayrıldı

76
(Yenilənib 18:20 03.12.2018)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,6 milyon manat ayrılıb

BAKI, 3 dekabr — Sputnik. Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla əlli beş min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

76
Teqlər:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, yol, Prezident İlham Əliyev
Əlaqədar
Ölkədə yol qəzaları ilə bağlı statistika açıqlandı
Yol Polisi yük avtomobili sürücülərinə sərt xəbərdarlıq etdi
Yol qəzası Badamdar şosesində hərəkəti dayandırıb
Prezident yol tikintisinə 9 milyon ayırdı