CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinsi nisbətdə fərq nəyə gətirib çıxaracaq?

CC0 / Free-Photos / manЖенщина и мужчина
Женщина и мужчина - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Statistika Komitəsinin 2017-ci il məlumatına görə, ailələrdə ümumi nəsil vermə qabiliyyəti 2 uşaq olub

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Rəsmi məlumatlara görə, 2015-ci ildə Ermənistanda 114 kişiyə 100 qadın, Gürcüstanda hər 109 kişiyə 100 qadın, Hindistanda hər 111 kişiyə 100 qadın, Çində hər 116 kişiyə 100 qadın, Azərbaycanda isə hər 116 kişiyə 100 qadın nisbəti qeydə alınıb. Bu nisbət Azərbaycanda özünü daha çox 1998-ci ildə büruzə verib. Belə ki, həmin il 118 kişiyə 100 qadın düşüb.

Dövlət Statistika Komitəsinin 2017-ci il məlumatına görə, ailələrdə ümumi nəsil vermə qabiliyyəti 2 uşaq olub. Cins nisbətinin pozulması isə gender bərabərsizliyi, zorakılıq, erkən nikahlar, insan alveri və kriminal səviyyənin artmasına səbəb ola bilər.

Sputnik Azərbaycan ölkədə cins nisbətinin pozulmasının səbəblərini araşdırmağa çalışıb.

Ağlayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
Qadınlara qarşı cinsi ayrı-seçkiliyin kişilərin özləri üçün təhlükəsi

Sosioloq Əhməd Mansurovun sözlərinə görə, ölkədə son 55 il ərzində nəsilvermə əmsalı xeyli azalıb. Belə ki, əgər 1961-ci ildə hər ailəyə 5-6 uşaq düşürdüsə, son illərdə bu 3 dəfə azalıb: "Qeyd edək ki, ümumi nəsilvermə əmsalı reproduktiv dövr ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir. Doğulanlar arasında cins nisbətinin pozulmasına səbəb olan əsas amillər dölün cinsini müəyyən edə bilən texnologiyaların olması, nəsilvermə əmsalının azalması və cəmiyyətdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsidir".

Ekspert qeyd edir ki, Azərbaycanda son on illiklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinədən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur.

Psixoloq Fərqanə Mehmanqızı da deyir ki, ailələrdə valideynlər çox zaman oğlan uşaqlarına üstünlük verirlər: “Buna səbəb kimi ailənin qorunması, millətin qorunması, nəslin davam etdirilməsi, soyadın davam etdirilməsi, mülkiyyətin saxlanması, maliyyə dəstəyinin təminatı, ailə üçün əsas cavabdehlik və s. göstərmək olar. Həmçinin valideynlərin vəfatı ilə bağlı adət-ənənələrə riayət üzrə cavabdehlik faktoru da var. Yəni belə hesab edilir ki, oğlan uşaqları valideynlərin dəfn edilməsi və s. işlərdə daha məsuliyyətli hesab edilir”.

Amerikalı aktyor və prodüser Stiven Siqal - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Stiven Siqal 10 qadına cinsi təcavüz etməkdə günahlandırılır

"Valideynlər hesab edir ki, qız uşağını maddi cəhətdən böyütmək çətindir. Bura paltar, cehiz, müstəqil olmaq üçün təhsil vermək məcburiyyəti, iş tapmaqda çətinliklər, boşanan zaman valideynlərin evinə qayıtması və s. daxildir” – deyə psixoloq qeyd edir.

Onun sözlərinə görə, bəzən də kişilərimiz belə hesab edirlər ki, "kişinin oğlu olmalıdır, kişi ailənin dirəyidir, qız isə yükdür: “Çox zaman kişilərin qız övladı doğulanda, sanki başsağlığı verirlər, “hələ cavansan, oğlun da olar” – deyə “təsəlli edirlər”. Bu, xüsusilə kənd əhalisinə xas xüsusiyyətdir. Çünki bu ərazilərdə kişilər daha çox sayda oğula sahib olmaq istəyirlər. Qadınların isə etiraz etməyə haqları yoxdur. O ərazilərdə bütün qərarlar kişilər tərəfindən verilir. Hətta bəzi qadınların həyatı oğlu olmadığına görə təhlükə qarşısında da qalır. Oğlu olmadığına görə, o, ətrafındakı insanlar tərəfindən təzyiqlərə məruz qalır".

Psixoloq vurğulayır ki, insanlar çox nadir hallarda qız uşağının valideyn üçün bəzək olduğunu düşünürlər: "Qızı olmayan ana qaşı olmaya üzüyə bənzəyir. İsmətli və qeyrətli qız oğuldan üstündür. Qız ata və ana üçün vacibdir. Bəzən kədərli və xoşbəxt günlərimiz olur. Kədərli günlərdə görürsən ki, oğlun yanında deyil, ancaq qızın sənin kədərini paylaşır. Sən son nəfəsində belə başın üstündə qızın olur".

Müsahibimiz qeyd edir ki, təhsil və məşğulluq sahəsində bərabər hüquqlara dair təminatların olmasına baxmayaraq, özəl həyat sahəsində qadın və kişilər arasında münasibətlər hələ də ənənəvi dəyərlərə söykənir. Ailələrdə qız uşaqlarına daha çox qayğıkeşlik, ev işlərinə kömək etmək, səbirli olmaq, yaxşı ünsiyyət bacarıqları olmasına, narkotik və spirtli içkilərə meylli olmadıqlarına görə üstünlük verilir.

Statistikaya görə, nə vaxtsa, evli olmuş qadınların 54,8 faizi ən azı 1 dəfə abort etdirib. Mütəxəssislərə görə isə abortların sayı şəhər yerlərində daha çox olur. Belə ki, şəhərlərdə 56,2 faiz abort halı baş verir. Valideynlər daha çox 3-cü uşaqdan sonra aborta qərar verirlər. Beşinci və daha çox hamiləliklərin 80,4 faizi abortla nəticələnir.

Fotosessiya, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda kirayənişin ev sahibi ilə cinsi həyat yaşadı və ağlasığmaz əməl törətdi

Ginekoloq Xoşqədəm İbrahimovanın sözlərinə görə, valideynlər çox vaxt müayinə zamanı dölün sağlamlıq durumunu deyil, cinsini öyrənməyə çalışırlar: “Yaxşı olardı ki, dünyaya gələcək uşağın cinsi haqqında məlumat verməyə qadağa qoyulaydı. Belə olan halda valideynlər USM yoxlamalara ancaq dölün vəziyyəti ilə maraqlanmaq üçün gələ bilərdilər. Ancaq hazırda ana körpəsinin cinsiyyətini öyrənmək istəyirsə, onun qarşısını kimsə ala bilməz”.

“Bəzi hallarda elə bir ailə ilə rastlaşırsan ki, dalbadal dünyaya gəlmiş 5 qızı və ya 5 oğlu olur. Ancaq ailə əks cinsdən də bir uşağının olmasını arzulayır. Belə hallarda qadınlar uşaqlarının cinsiyyətini öyrənənə kimi hamiləliyi davam etdirirlər. Əgər uşağın cinsi onların istədiyi kimi olmursa, abort edirlər. Bu dövr də hamiləliyin 13-16-cı həftələridir. USM müayinəsinə gələn qadınların yarısını belə qadınlar təşkil edir” – deyə ginekoloq əlavə edir.

Müsahibimiz onu da vurğulayır ki, qadınlar son illərdə kontraseptiv vasitələrdən az istifadə edirlər: “Haradasa 41 faiz qadın hamiləlikdən qorunmaq üçün ənənəvi üsullardan istifadə edir. Müasir üsullardan isə cəmi 14 faiz qadın istifadə edir”.

Sonda qeyd edək ki, BMT-nin Əhali Fondunun müvafiq proqnozlarına əsasən, əgər doğulan uşaqların cins nisbəti davamlı olaraq 116 və ya daha artıq olsa, 2050-cı ilə qədər hər il 12-15 mindən daha çox oğlan uşağı dünyaya gələcək.

Xəbər lenti
0