Pakistan hərbi aviasiyası, arxiv şəkli

Azərbaycan Pakistandan aviasiya bombası alır

118
(Yenilənib 17:00 30.11.2018)
Bombalar həm NATO ölkələrində istehsal olunan təyyarələrdən, həm də sovet təyyarələrindən atıla bilir.

BAKI, 30 noyabr — Sputnik. Pakistan Azərbaycana müxtəlif təyinatlı aviasiya bombalarının ixracını həyata keçirməyə hazırlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İDEAS-2018 sərgisində iştirak edən "AzeriDefence" jurnalının əməkdaşına Pakistanın GIDS (Global Industrial & Defence Solutions) dövlət şirkətindən bildirilib.

Şirkət rəsmilərinin sözlərinə görə, istehsal edilən müxtəlif təyinatlı aviasiya bombaları və yönləndirmə dəstlərinin Azərbaycan Hərbi Hava Qüvvələrinə təqdimatı keçirilib və bəyənilib. Bu aviasiya bombaları uzaq məsafədən düşmənin möhkəmləndirilmiş sığınacaqlarını, xüsusilə də betondan düzəldilmiş sığınacaqlarını dəqiqliklə məhv etməyə imkan verir. Bombalar həm NATO ölkələrində istehsal olunan təyyarələrdən, həm də Sovet təyyarələrindən atıla bilir.

Şirkət rəsmilərinin sözlərinə görə, aviasiya bombaları Azərbaycan Silahlı Qüvvələri tərəfindən bəyənilib və bu Azərbaycanın aviasiyasının gücünü daha da artıracaqdır. Eləcə də GİDS aviabombaların istehsalı ilə bağlı Azərbaycan müdafiə sənayesi ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb və bununla bağlı Azərbaycan tərəfi ilə görüşlərin keçirildiyini bildiriblər.

Qeyd edək ki, bu günləri İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarı çərçivəsində Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov da GİDS şirkətinin stendinə baş çəkib. Şirkət rəhbərliyi tərəfində ona GİDS şirkətində istehsal olunan müxtəlif məhsullar nümayiş etdirilib.

Qeyd edək ki, GİDS Pakistan hərbi sənayesinin ən böyük aparıcı müəssisələrindəndir. Şirkət bu günə qədər Azərbaycana müxtəlif müdafiə təyinatlı məmulatların ixracını həyata keçirib.

118
Teqlər:
Pakistan, Azərbaycan, təyyarə, aviasiya, bomba
Əlaqədar
Keçmiş prezidentlərə bomba göndərdilər
Robot tanınmış teleşirkətin ofisi yaxınlığında bomba partlatdı
Bakı Komissarları küçəsində bomba partladıldı: Yaralananlar var
Paytaxtda polis bölməsinin ərazisində həyəcanlı anlar yaşandı: Bomba təhlükəsi...
Şpris, tapança, bıçaq, bomba xəbərdarlığı - Övladlarınızı qoruyun
Çaykənd kəndində uşaqlar, arxiv şəkli

Milli Uşaq Strategiyası hazırlanıb

2
(Yenilənib 19:48 01.06.2020)
"Bu, uşaqların gələcək həyatını, təhlükəsiz yaşamasını, azad, sərbəst bütün hüquqlardan istifadəsini təmin edəcək sənəd olacaq” - Bahar Muradova.

BAKI, 1 iyun — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Azərbaycan 2020” İnkişaf Konsepsiyasının 7.4 bəndinin reallaşdırılması istiqamətində Milli Uşaq Strategiyası hazırlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə AQUPDK-nın sədri Bahar Muradova deyib.

O bildirib ki, sənəd artıq son mərhələdədir: “Çox güman ki, yaxın müddətdə bu sənəd imzalanacaq. Bu sənədlə Azərbaycan dövlətinin və uşaqların əldə etdiyi nailiyyətlərdən daha geniş perspektivlərə doğru vəzifələri müəyyən edilir. Strategiya çərçivəsində fəaliyyət proqramları üzərində işləyirik".

"Bu, uşaqların gələcək həyatını, təhlükəsiz yaşamasını, azad, sərbəst bütün hüquqlardan istifadəsini təmin edəcək sənəd olacaq”, - deyə B.Muradova bildirib.

2
Məktəblilər, arxiv şəkli

İnsanlara dərs keçmək istədilər, amma özlərini tutub "dərs" keçdilər

7
(Yenilənib 19:30 01.06.2020)
Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

BAKI, 1 iyun — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb.

Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F.Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

7
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

Ayın 15-dək müddəti bitən şəxslərin diqqətinə - XƏBƏRDARLIQ

0
(Yenilənib 20:06 01.06.2020)
Daha ətraflı məlumatı Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesabları və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzindən əldə etməyiniz xahiş olunur.

BAKI, 1 iyun — Sputnik. Dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 15 iyun 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi olaraq təhlil edilir və təxirəsalınmaz tədbirlər həyata keçirilir.Bu barədə DMX-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırırıq ki, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 01 – 15 iyun tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycan Respublikasında olma müddətləri 30 - 60 gün müddətinə (ödənilmiş dövlət rüsumunun məbləğindən asılı olaraq) uzadılacaq.

Həmçinin bu qaydada karantin dövründə əcnəbilərin ölkədə olma müddəti mərhələli şəkildə uzadılmışdır.

Bir daha bildiririk ki, bunun üçün həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, "ASAN ödəniş" sistemi və ya Expresspay terminalları vasitəsi ilə) dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər.

Daha ətraflı məlumatı Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesabları və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzindən əldə etməyiniz xahiş olunur.

0