Azərbaycan Dəmir Yolları QSC-nın qatarı

Qatarların hərəkət cədvəli yenilənib

117
(Yenilənib 16:11 30.11.2018)
Qatarların yeni hərəkət cədvəlləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ady.az saytında yerləşdiriləcək

BAKI, 30 noyabr — Sputnik. 9 dekabr 2018-ci il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. Məlumata görə, Yeni hərəkət cədvəlində 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq Bakı-Dnepr-Bakı qoşma plaskart vaqonu hərəkət edəcək.

Qatarların yeni hərəkət cədvəlləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ady.az saytında yerləşdiriləcək.

117
Əlaqədar
Bakı metrosunda qatar adam vurdu
Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd – Bir bölgədə yağışın fəsadları
Avtobus-qatar toqquşmasının qurbanlarının sayı artır
Bakıda avtobus-qatar toqquşmasının yeni video-görüntüsü yayıldı
Hindistanda qatar insanların üstündən keçdi, onlarla adam öldü - VİDEO