CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlləri yumaqla ciddi xəstəliklərdən qoruna bilərsiniz

© pixabay / offthelefteyeƏllərini yuyan adam
Əllərini yuyan adam - Sputnik Azərbaycan
Abunə olmaq
Körpələr və uşaqların səhhəti viruslara qarşı daha həssas olduğu üçün əl yumaqla onların xəstələnmə ehtimalını azaltmaq olar

BAKI, 29 noyabr — Sputnik. Türkiyəli professor İlknur Aydın əlləri yumaqla bir sıra yoluxucu xəstəliklərdən qorunmağın mümkün olduğunu deyib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, İlknur Aydın xüsusən də övladı bağça və məktəbə gedən valideynlərə səslənib. O bildirib ki, körpələr və uşaqların səhhəti viruslara qarşı daha həssas olduğu üçün əl yumaqla onların xəstələnmə ehtimalını azaltmaq olar. Professorun sözlərinə görə, əllər yuyulmadıqda uşaqlar virus və xəstəliyə yoluxan şəxslərin əşyaları ilə təmasda olduqlarından rahatlıqla xəstəliklərə tutula bilirlər.

"Uşaqlar bağça və məktəblərdə bir anının içində daha çox mikrobla təmasda ola bilirlər. Bundan başqa, ətrafdakıların öskürməsi və asqırması ilə də olduğumuz mühitdə xeyli sayda mikrob yayılır. Belə olan halda isə uşaqlar daha tez xəstəliyə yoluxurlar. Bu səbəbdən də ətrafda yayılan xəstəliklərdən qorunmaq üçün gigiyenik qaydalara əməl edilməsi vacibdir. Əks halda uşaqların mikrob və viruslara yoluxma ehtimalı daha yüksək olacaq" - deyə həkim bildirib.

Xəbər lenti
0