CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Döyülən direktor: "İşdən çıxmaq haqda müraciət də edəcəyəm"

© Day175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev
175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Danışıqlar üçün qarşı tərəfə təklif vermişəm. Hətta təklif etmişəm ki, siz 50, 100 nəfərlə, mən isə bir nəfərlə gələrək söhbətləşək, danışaq"

 

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aktyor Rza Rzayev tərəfindən döyülən 175 nömrəli orta məktəbin direktoru Tural Mirzəliyev bu gün evə buraxılıb. Direktorun səhhəti ilə bağlı son vəziyyəti öyrənmək üçün onunla əlaqə saxlayaraq kiçik müsahibə aldıq.

- Hazırda özünüzü necə hiss edirsiniz?

- Bu gün xəstəxanadan evə buraxılmışam. Hazırda ambulator müalicə alıram. Əsas problemlərimdən biri çox əsəbi olmağımla bağlıdır. Bundan başqa qan təzyiqindən də əziyyət çəkirəm. Təzyiqim gah qalxır, gah düşür. Evdə necə olacağam, bilmirəm. Güman edirəm ki, hər şey yaxşı olacaq.

175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev - Sputnik Azərbaycan
HADİSƏ
Məhkəmə qarşısında döyülən direktordan xəbər var

- Nə zaman işə çıxacaqsız?

- Müalicə bitdikdən sonra işimə davam edəcəyəm. Lakin fəaliyyətimə necə davam edəcəyəm, bu sual üzərində hələ də düşünürəm. Məktəbin əldə etdiyi nəticələrə baxaraq, ilin sonunda bununla bağlı son qərarımı verəcəyəm. Bu qərar nə qədər işləmək bacarığımın olub-olmamasından asılıdır.

- İşləmək qabiliyyətiniz olmazsa, o zaman direktor kimi fəaliyyətinizi dayandıracaqsınız?

- İşləyə bilmirəmsə, yaranan problemlər, direktor kimi fəaliyyətimə vurulan zərərlər məktəbə ziyan vuracaqsa, o zaman direktor olmaqdan imtina edəcəyəm. Lakin ötən il 220 nömrəli məktəblə də bu problemləri yaşamışdıq. Bütün problemlərə rəğmən həmin məktəb ötən il irəli gedərək xeyli nailiyyətlər əldə etmişdi. Hətta 220 nömrəli məktəb respublika miqyasında reytinq cədvəlində də irəliləmişdi. Ümid edirəm ki, 175 nömrəli məktəbdəki fəaliyyətim də bu cür olar. Əlbəttə ki, mənim fəaliyyət göstərməyimə imkan versələr, maneələr yaradılmasa, təhdidlər olmasa, müəyyən nəticələr olacaq.

- Təhdidlər davam edərsə, vəzifənizdən istefa verməyi düşünürsünüz?

- Bu gün sosial şəbəkələr üzərindən müxtəlif saxta profillər vasitəsilə ailəmi təhdid edirlər. Bütün bunlar insanı ağrıdır. Bu barədə hələ ki, tam ətraflı düşünməmişəm. Məktəbin nailiyyətlər əldə edərək daha da irəliləməsi mənim işləmək bacarığımın bir göstəricisi olacaq. Bu zaman öz istəyimlə direktor kimi fəaliyyətimi davam etdirəcəyəm. Əksinə, nəticələr aşağı olarsa, o zaman rəhbərliyə müraciət edəcəyəm. Bu müraciətdə baş verən hadisələrin mənə, işimə və məktəbin fəaliyyətinə mane olduğunu bildirəcəyəm. Məktəb zərər görməsin deyə, işdən çıxmaq haqda müraciət edəcəyəm.

- Kompromis əldə etmək üçün qarşı tərəflə danışmısızınız?

Министерство образования Азербайджанской Республики - Sputnik Azərbaycan
HADİSƏ
Aktyorun döydüyü direktorla bağlı açıqlama gəldi - RƏSMİ

- Danışıqlar üçün qarşı tərəfə təklif vermişəm. Hətta təklif etmişəm ki, siz 50, 100 nəfərlə, mən isə bir nəfərlə gələrək söhbətləşək, danışaq. Dedim siz, 100 sual verərsiniz, mən 3 sual verərəm. Bunları təklif etmişəm. Başqa heç nə təklif etməmişəm. Lakin onlar vəziyyəti aydınlaşdırmaq üçün verdiyim bu təkliflərin hamısından imtina ediblər. Mənə qarşı qaralama kampaniyalarına başlayıblar. Baş verən hadisə ilə əlaqədar olaraq bu gün cəmiyyətdə qınaq formalaşıb. Bir müəllimin döyülməsinə görə cəmiyyətdə yaranan bu qınaq, aqressiya da başadüşüləndir. Məhkəmə qarşısında baş verən hadisə zamanı mən qarşı tərəfin ünvanına heç bir vulqar ifadə səsləndirməmişdim. Sadəcə olaraq, dediklərinin özünə aid olduğunu söyləmişdi. Amma buna baxmayaraq Rza Rzayev və onun bacısı oğlu Toğrul İbrahimli mənə zərbələr endirdi.

Xatırladaq ki, tərəflər arasında mübahisə Tural Mirzəliyev 220 saylı məktəbdə direktor kimi çalışdığı zaman yaranıb. Mübahisəyə səbəb isə direktorun Rza Rzayevin bacısını işdən çıxarması olub.

Xəbər lenti
0