CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb

© Sputnik / Murad OrujovЗдание Исполнительной власти города Баку
Здание Исполнительной власти города Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Müşavirədə binaların lift təsərrüfatlarının yenilənməsi məsələsinə xüsusi toxunulub

BAKI, 28 noyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində 2018-2019-cu ilin payız-qız mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumları və təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş paytaxt rayonları İcra Hakimiyyətlərinin başçıları, şəhər təsərrüfatı və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib - Sputnik Azərbaycan
Baş Qərargah rəisi döyüş idarəetmə mərkəzinə təlimat verib - VİDEO

Məlumata görə, müşavirədə paytaxtda qış mövsümünə hazırlıq, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlandığı qeyd edilib.

Mövsümə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Eyni zamanda, paytaxtın bütün rayonlarında, idarə və müəssisələrdə, həmçinin Şəhər İcra Hakimiyyəti tərkibində fəaliyyət göstərən departament və təşkilatlarda, həmçinin "Azəriqaz" İB, "Azərişıq" ASC, "Azərsu" ASC, Bakı Su kanalı İdarəsi, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi", Bakı Nəqliyyat Agentliyi tərəfindən də mövsümə hazırlıqla bağlı tədbirlər planları hazırlanib, rayonlara Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb.

Müşavirədə qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərargah üzvlərinin, bütün rayonların təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, hər hansı ciddi hal yaranarsa onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub.

Müşavirədə binaların lift təsərrüfatlarının yenilənməsi məsələsinə xüsusi toxunulub. Bildirilib ki, ölkə bağçısının paytaxtın lift təsərrüfatının yenilənməsi istiqamətində verdiyi tapşırıqlarının icrası ilə bağlı yeni layihə hazırlanıb, maliyyə vəsaiti ayrılıb və tədbirlər artıq fevral-mart aylarında reallaşacaq. Bu işlər Şəhər İcra Hakimiyyətinin nəzarətində saxlanılır.

Müşavirədə həmçinin yaşayış binalarının dam örtüklərinin, blokların təmiri, ümumi istifadə yerlərinin şüşələnməsi, qanunsuz tikinti işləri aparılmasının qarşısının alınması, rayonlarda abadlıq işlərinin aparılması, sakinlərin istifadəsi üçün yeni abad məhəllələrin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.

Şəhərdə məişət tullantılarının daşınması ilə bağlı isə bildirilib ki, tullantıların daşınması ilə bağlı 2 xarici şirkət tərəfindən təkliflər hazırlanıb və onların təklifləri təsdiq olunduqdan sonra bu sahədə geniş islahatlara başlanacaq, yeni konteynerlər alınacaq, eyni zamanda mövcud konteynerlər də təmir olunaraq onlardan istifadə olunacaq.

Xəbər lenti
0