Оmbudsman Elmira Süleymanova

Ombudsmanın maaşı artırılır

62
(Yenilənib 13:32 27.11.2018)
Layihə ikinci səsvermədə qəbul edilib

BAKI, 27 noyabr - Sputnik. "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişiklik barədə millət vəkili Əli Hüseynli məlumat verib.

Bu dəyişiklik əmək haqqı ilə bağlıdır. Ombudsmanın əmək haqqı 2025 manatdan 2230 manata artırılıb.

Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.

Layihə ikinci səsvermədə qəbul edilib.

62