CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“ASAN Pay” gömrüyə gəlir, sahibkarların işi yüngülləşəcək

© Sputnik / Anar Mustafayev"ASAN Ödəniş" portalının istifadəçisi
ASAN Ödəniş portalının istifadəçisi - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Alternativ ödəniş sistemi vasitəsilə sahibkar gömrük ödənişlərini az vaxt sərf etməklə və asan şəkildə həyata keçirə biləcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. "Gömrük ödənişlərinin "ASAN Pay" sistemi vasitəsilə həyata keçirilməsinə başlanılır. Artıq bütün hazırlıq işləri tamamlanıb, yaxın günlərdə sistemə qoşulma baş tutacaq. Bu sistemə inteqrasiya vətəndaşların rahatlığına, məmur vətəndaş təmasının minimuma endirilməsinə xidmət edir". "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gömrük Komitəsi Kollegiyasının yeni tərkibi təsdiqləndi

Iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında gömrük ödənişlərinin "ASAN Pay" sistemi vasitəsilə həyata keçirilməsini müsbət addım kimi qiymətləndirib: "Azərbaycanda gömrük ən riskli sahələrdən biri hesab olunurdu, korrupsiya və bu kimi nöqsanlara açıqdır. Uzun müddətdir ki, gömrük fəaliyyətinin elektronlaşdırılması, eyni zamanda ödənişlərin nağdsızlaşdırılması istiqamətində işlər görülür. Əsas məqsəd bu sahədə nöqsanların aradan qaldırılması və şəffaflığın təmin edilməsidir. Lakin burada infrastrukturun da adekvat olmasına ehtiyac var".

Onun sözlərinə görə, qanun qəbul edilir, qərarlar verilir, amma infrastruktur yoxdursa, sahibkar yenə də çətinliklərlə üzləşir: ""ASAN Pay" bu istiqamətdə irəliləyiş olacaq. Alternativ ödəniş sistemi vasitəsilə sahibkar gömrük ödənişlərini az vaxt sərf etməklə və asan şəkildə həyata keçirə biləcək. Bu baxımdan, yenilik müsbətdir, amma bu, islahat xarakterli iri dəyişikliyə gətirib çıxarmayacaq. Sadəcə sahibkarın işini yüngülləşdirəcək".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında gömrük ödənişlərinin "ASAN Pay" sistemi vasitəsilə həyata keçirilməsini çox müsbət qiymətləndirib: "Azərbaycanda ən şəffaf qurum "ASAN Xidmət"dir. Amma indiyədək qeyri-şəffaf qurumlardan biri də gömrük idi. Ümid edirəm ki, bu sahədə şəffaflıq təmin ediləcək, bir sıra xoşagəlməz hallar baş verməyəcək".

Xəbər lenti
0