Külək, arxiv şəkli

Sabahın hava proqnozu açıqlandı

302
(Yenilənib 13:25 26.11.2018)
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda noyabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 27-si gündüzdən 29-u gündüzədək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda noyabrın 27-si gündüzdən 29-u gündüzədək cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

302
Teqlər:
temperatur, Hava proqnozu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, külək
Əlaqədar
Güclü külək bölgədə ciddi problemlər yaratdı
Leysan, dolu, şimşək, külək gəlir
Külək, yağış, qar xəbərdarlığı edilir
ETSN xəbərdarlıq edir: Yağış, külək, qar...
Sürücülərə xəbərdarlıq edildi, külək var, ehtiyatlı olun
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

159
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

159