Səyyar ASAN xidmət avtobusu

Bölgə sakinlərinə şad xəbər gəldi

203
(Yenilənib 11:42 26.11.2018)
Səyyar ASAN xidmət davam edir

BAKI, 26 noyabr — Sputnik. Səyyar ASAN xidmət 29 oktyabr - 27 noyabr Şirvanda, 7 noyabr – 6 dekabr Qusarda, 10 – 29 noyabr Ağdaşda, 12 noyabr – 11 dekabr Xırdalan və Şamaxıda, 12 – 26 noyabr Tərtərdə, 14 noyabr – 3 dekabr Biləcəri qəsəbəsində, 20 noyabr - 4 dekabr Göygöldə, 26 noyabr – 10 dekabr Ləki qəsəbəsində, 27 noyabr – 26 dekabr Astarada, 30 noyabr – 29 dekabr Salyan və Yevlaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Sputnik Azərbaycan "ASAN Xidmət"in mətbuat xidmətinə istinadən xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmət avtobusu
© Photo : ASAN Xidmətin mətbuat xidməti

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər.

203
Teqlər:
bölgələr, Səyyar ASAN xidmət
Əlaqədar
Prezident “ASAN Xidmət”in səlahiyyətini artırdı, əlavə xidmətlər verdi
"ASAN xidmət"dən rekord göstərici
"ASAN xidmət" ünvanınıza gələcək
Gələn il 5 rayonda “ASAN xidmət” mərkəzi açılacaq