Səfər Əbiyev

Zakir Qaralov Səfər Əbiyevin oğlu ilə bağlı qərar verdi

551
(Yenilənib 11:21 26.11.2018)
Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğlu işdən çıxarılıb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, R.Əbiyev Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğludur.

551
Teqlər:
qərar, Zakir Qaralov, Baş prokuror
Əlaqədar
Zakir Qaralov yeni prokuror təyin edib
Azərbaycanda prokuror həbs olundu - Cinayətin miqyası böyüyür
Baş prokuror Gəncə hadisələri ilə bağlı mühüm mesaj verdi
Baş prokuror İsmayıllı ilə bağlı yeni əmr imzaladı
Baş prokuror böyük təşvişə səbəb olan hadisədən danışdı: "Müstəntiqlər hadisə yerindədir"