Ректор Бакинского Государственного Университета Абель Магеррамов на II фестивале науки в Баку, 31 октября 2016 года

İşdən çıxarılan rektor hələ universitetə gedib-gəlir

949
(Yenilənib 15:11 22.11.2018)
Abel Məhərrəmov hazırda “Üzvi kimya” kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir

BAKI, 22 noyabr — Sputnik. Bir neçə gün öncə prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.

Adığımız məlumata görə, Abel Məhərrəmov hələ də BDU-ya işə gedir. Belə ki, rektor vəzifəsindən azad olunan Abel Məhərrəmov “Üzvi kimya” kafedrasına işə gedir. Buna səbəb isə Abel Məmmədəli oğlu Məhərrəmovun 2002-ci ildən “Üzvi kimya” kafedrasının rəhbəri olmasıdır.

Məsələ ilə bağlı BDU-nun mətbuat katibi Pərvanə İbrahimova Sputnik Azərbaycan-a açıqlama verib. O, deyib ki, Abel Məhərrəmov hazırda “Üzvi kimya” kafedrasının rəhbəri kimi BDU-da öz fəaliyyətini davam etdirir.

949