Əflatun Amaşov

Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər

179
(Yenilənib 11:39 21.11.2018)
Əflatun Amaşov: "Azərbaycan Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan müqavilə iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək"

BAKI, 21 noyabr — Sputnik. "Noyabrın 18-də Azərbaycan Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan memorandum iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək".

Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib. O bildirib ki, bu memorandumu bağlamaqda məqsəd əlaqələri möhkəmləndirməkdir.

"Bu vaxta qədər də iki ölkə arasında jurnalistika sahəsində əlaqələr mövcud idi. İmzalanmış memorandumun da əlaqələrimizin möhkəmləndirilməsinə töhfəsini verəcəyinə inanırıq. Qeyd etmək istərdim ki, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər" - deyə Amaşov əlavə edib.

179
Teqlər:
Əflatun Amaşov, Rusiya Jurnalistlər İttifaqı, müqavilə, Mətbuat Şurası
Əlaqədar
Jurnalistin avtomobilini qarət edən şəxs saxlanılıb
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında Memorandum imzalanıb
Azərbaycan Prezidenti Rusiya Jurnalistlər İttifaqının sədrini qəbul edib