Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Gömrük Komitəsi Kollegiyasının yeni tərkibi təsdiqləndi

188
(Yenilənib 19:21 17.11.2018)
Prezident İlham Əliyev kollegiya üzvlərinin siyahısında dəyişiklik etdi

BAKI, 17 noyabr — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama görə, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri:

Dövlət Gömrük Komitəsinin sədri;

Kollegiyanın üzvləri:

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini;
Dövlət Gömrük Komitəsi sədrinin müavinləri;
Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri;
Dövlət Gömrük Komitəsi Aparatının İnsan Resursları idarəsinin rəisi;
Dövlət Gömrük Komitəsi Aparatının Hüquqi təminat idarəsinin rəisi;
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri;
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi;
Bakı Baş Gömrük İdarəsinin rəisi;
Sumqayıt Baş Gömrük İdarəsinin rəisi”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

188
Teqlər:
Prezident İlham Əliyev, Sərəncam, tərkib, kollegiya, Dövlət Gömrük Komitəsi
Əlaqədar
İqtisadçı yeni gömrük vergi siyasəti ilə bağlı həyəcan təbili çaldı
Səfər Mehdiyev gömrük orqanlarında aparılan islahatlardan danışır
Gömrük Komitəsi "yük maşınları problemi"nə rəsmi münasibət bildirdi
Gömrük mayoru rüşvət alarkən tutuldu
Dövlət Gömrük Komitəsindən sərt açıqlama: Zavallı bəylər və xanımlar