Sahil Babayev

Nazir şəhid ailələrinə söz verdi

153
(Yenilənib 16:31 17.11.2018)
2018-ci ilin dövlət büdcəsindən birdəfəlik ödəmə üçün 58 milyon, 2019-cu ilin büdcəsindən 50 milyon manat ayrılıb

BAKI, 17 noyabr – Sputnik. "9 500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, 2018-ci ilin dövlət büdcəsindən birdəfəlik ödəmə üçün 58 milyon, 2019-cu ilin büdcəsindən 50 milyon manat ayrılıb: "Bugünədək 224 şəhid hərbi qulluqçunun 300 vərəsəsinə birdəfəlik ödəmə edilməsi üçün qərar verilib".

Nazir qeyd edib ki, gələn həftə 300-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmələrin verilməsi üçün qərar qəbul edilməsi nəzərdə tutulur: "Dekabr ayının sonuna kimi 1 000-dək şəhid vərəsəsinə ödəniş olunması nəzərdə tutulur. 2019-cu ilin sonunadək birdəfəlik ödəmələrin verilməsi prosesi bitməlidir".

153
Teqlər:
büdcə, ödəmə, şəhid ailələri, nazir, Sahil Babayev
Əlaqədar
Daha 110 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Şəhid ailələrinin əsas problemi müzakirəyə çıxarıldı
Şəhid ailələri hüquqlarından yararlanmağa başlayıb
Şəhid varislərinə vərəsəlik pulunun ödənilməməsi iddiasına aydınlıq gətirildi
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib