Pensiya çıxaran adam

"Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilir

2163
(Yenilənib 15:08 16.11.2018)
Dəyişikliklərin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur

BAKI, 16 noyabr - Sputnik. "Təkliflərimizin mahiyyəti odur ki, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-cu ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablansın".

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Əmək pensiyaları haqqında" qanunun 22-ci maddəsinə təklif edilən yeni dəyişiklikləri şərh edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxş edərkən deyib.

"Bunun nəticəsində biz pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanına malik olacağıq. Yəni şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək. Bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olmalıyıq"-deyə nazir müavini deyib.

"Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırma mümkün deyil" - deyə nazir müavini qeyd edib.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliklərin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

2163
Teqlər:
qanun, pensiya, əmək
Əlaqədar
Pensiyaçıların puluna qənim kəsilən şəxs ələ keçib
Nazir pensiyaçılara xoş xəbər açıqladı
Nazir Sahil Babayev: “Pensiyanın orta aylıq məbləğində artım gözlənilir”
Həm pensiyanı təyin edəcək, həm də iş tapmağa köməklik göstərəcək