İsrafil Kərimov

Bakı şəhər İcra Hakimiyyətinə yeni sözçü gətirildi

42
(Yenilənib 17:38 15.11.2018)
İsrafil Kərimov məsul posta təyin edildi

BAKI, 15 noyabr — Sputnik. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə İsrafil Kərimov İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. İsrafil Kərimov Sputnik Azərbaycan-a açıqlamasında xəbəri təsdiqləyib.

Xatırladaq ki, İ.Kərimov Bakı şəhərində anadan olub. 190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə Xalça Muzeyində başlayıb. Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda əvvəlcə fəhlə, sonra isə zavodun komsomol komitəsinin katibi işləyib. Nərimanov və Səbail rayonlarının İcra hakimiyyətlərində çalışıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatıdır. Mətbuatda mütəmadi olaraq çıxışlar edir.

Ailəlidir, iki övladı var.

42
Teqlər:
mətbuat katibi, BŞİH, İsrafil Kərimov
Əlaqədar
BŞİH: Gül bayramı keçiriləcək
BŞİH yaşayış evlərinin sökülməsi zamanı baş verən toqquşmaya münasibət bildirdi
BŞİH: çimərliklər pulsuzdur və heç kim buna görə pul ödəməsin
Yarmarkaların bərpası üçün BŞİH-lə danışıqlar aparılır