CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Koroğlu" metrostansiyası yaxınlığında mühüm dəyişiklik

© © BNA mətbuat xidməti“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq
“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq - Sputnik Azərbaycan
Abunə olmaq
İşlər yekunlaşdıqdan sonra Nəqliyyat Mübadilə Mərkəzi qeyd edilən əraziyə köçürüləcək

BAKI, 15 noyabr — Sputnik. HUB-lar konsepsiyasına uyğun olaraq “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq.

© © BNA mətbuat xidməti “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq /
Koroğlu metrostansiyası yaxınlığında mühüm dəyişiklik - Sputnik Azərbaycan
“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq /

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır. Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni "Koroğlu" metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq.

Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb. Bu işlər yekunlaşdıqdan sonra Nəqliyyat Mübadilə Mərkəzi qeyd edilən əraziyə köçürüləcək.

Xəbər lenti
0