Novruz Məmmədov

Baş nazir yeni qərar verib

269
(Yenilənib 12:38 15.11.2018)
"Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" qərar imzalanıb

BAKI, 15 noyabr — Sputnik. Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" qərar imzalayıb.

Sputnik Azərbaycan Nazirlər Kabinetinin (NK) saytına istinadla xəbər verir ki, qərara görə, "Bir pəncərə" prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Qida Təhlükəsizliyi Agentliyi (QTA) və Dövlət Gömrük Komitəsi (DGK) arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası" təsdiq edilib.

Qərara görə, QTA-ya qida təhlükəsizliyi qeydiyyatına aldığı subyektlərə və yeyinti məhsullarına verdiyi qida təhlükəsizliyi sertifikatları barədə məlumatların daxil olduğu Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi Sisteminin (AQTS) DGK-nın Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar və qida təhlükəsizliyi sertifikatlarının (şəhadətnamələrin), habelə sənədlərin nümunələrinin DGK-ya ötürülməsi tapşırılıb. Bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək QTA-nın öhdəliyinə verilib.

269
Teqlər:
qərar, Novruz Məmmədov, Baş nazir, Qida Təhlükəsizliyi Agentliyi
Əlaqədar
Qida Təhlükəsizliyi Agentliyi şadlıq evlərində monitorinqlərə başlayır
İnsan orqanizmi üçün son dərəcə faydalı qidalar - SİYAHI
Bu qidalardan çox yemək ölümə səbəb ola bilər